Xəbər lenti
Təfəkkür Universitetinin binası Bakı İnzibati Məhkəməsinə verildi

Bakı İnzibati Məhkəməsi yaxın günlərdə yeni binasında fəaliyyətə başlayacaq.
Təfəkkür Universiteti Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli qərarı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almışdı. Universitet 2016-cı ildən fəaliyyətini dayandırıb.
2016-cı ilin oktyabr ayında Təfəkkür Universitetinin Təsisçilər Şurası maliyyə vəziyyətində yaranmış problemlə əlaqədar universitetin fəaliyyətinin dayandırılması barədə Təhsil Nazirliyinə müraciət edib. Təhsil Nazirliyi universitetin 5 illik akkreditasiya müddətibnin 2016-cı ildə bitdiyini, eyni zamanda, akkreditasiyadan keçirilməməsini nəzərə alaraq 2017-2018-ci il tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmamasını və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə müraciəti qəbul edib.
Qeyd edək ki, Təfəkkür Universiteti ilə bağlı böyük əks-səda doğuran hadisə indi də mətbuatda tirajlanmaqdadır. Söhbət Təfəkkür Universitetinin sabiq rektoru Müşfiq Atakişiyevin prorektor Tariyel Əhmədovun qətlini sifariş etməsindən gedir. Prorektor Tariyel Əhmədov 2011-ci il sentyabrın 16-da qətlə yetirilmişdi.
M.Atakişiyev 2016-cı ildə Təfəkkür Universiteti bağlanmazdan bir müddət öncə rektor vəzifəsindən istefa vermişdi. Universitet isə az sonra fəaliyyətini dayandırmışdı. Baş Prokurorluq 12 il əvvəl baş vermiş qətl hadisəsi barədə 2023-cü ilin noyabrında məlumat yayıb və sabiq rektor Müşfiq Atakişiyev həbs edilib.
Məhkəmənin hökmü ilə M. Atakişiyevə 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası kəsilib. modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar