Xəbər lenti
17 yaşlı fransalı qızın fenomenal yaddaşı alimləri heyrətə gətirdi

Bununla bağlı tədqiqatın nəticələri "Neurocase" jurnalında dərc olunub.
Qeyd olunub ki, qız fövqəladə dəqiqlik və emosional intensivliklə "zamanda səyahət etməyi" bacarır, zehni olaraq keçmişdəki hadisələrə qayıda və hətta xəyali bir gələcək yaşaya bilir.
Tədqiqatda TL kimi adlandırılan yeniyetmə uşaqlıqdan yaddaşının digərlərindən fərqləndiyini hiss edib. O, xatirələri yaddaşında ailə, məktəb, səfərlər, dostlar kimi "kateqoriyalara bölə bilir".
Sınaqlar zamanı TL normadan xeyli yüksək nəticələr göstərib: o, uşaqlıq və yeniyetməlik illərindən təfərrüatlı epizodları asanlıqla xatırlayaraq, onları həm birinci şəxsin adından, həm də müşahidəçi baxışından çatdırıb.
Bu cür hallar çox nadir olduğundan geniş nəticələr çıxarmağa imkan verməsə də, tədqiqatçılar onları insanın avtobioqrafik yaddaşının quruluşunu və emosiyaların, vizual təsvirlərin xatirələrin təşkilində rolunu başa düşmək üçün dəyərli hesab edirlər.
"Bu hal göstərir ki, yaddaş təkcə qeyri-adi şəkildə detallı deyil, həm də daxili strukturlaşdırılmış, xüsusi arxitekturaya tabe ola bilən şəkildə formalaşa bilər. Bütün bunlar yaddaşın quruluşunda emosiyaların və təxəyyülün rolunu öyrənmək üçün yeni suallar doğurur", - deyə tədqiqat müəllifləri vurğulayıblar. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar