Sizin Reklam Burada
Xəbər lenti
01-09-2025
31-08-2025
BÜTÜN XƏBƏRLƏR

Sərxoş kişi qonşusunun evini yandırdı

Tarix: 01-09-2025 19:37     Baxış: 328 A- / A+


Biləsuvarda sərxoş kişi qonşusunun evini yandırıb.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində baş verib.
Rusiyada yaşayan kənd sakini Rəşad Məmmədov evlənmək üçün Azərbaycana gəlib. Bir neçə gündən sonra o, küçədə olarkən qonşusu Vəli Əsədovun (adı və soyadı şərtidir) başqa bir şəxslə mübahisə etdiyini görüb. O, Vəlini həmin şəxsdən ayıraraq söyüb evinə yola salıb.
Hadisədən təxminən 6 ay sonra Rəşad özünə toy edib və toydan 3 gün sonra Rusiyaya getmək qərarı verib. O buna görə özü və həyat yoldaşının əşyalarını yığaraq səhər yola düşməyə hazırlaşıb.
Həmin gün axşam saatlarında kənddəki mağazadan bir şüşə araq alan Vəli evində həmin spirtli içkini qəbul etdikdən sonra, Rəşadın onu söyməsi hadisəsi yadına düşüb və ondan qisas almaq qərarına gəlib. Bu məqsədlə o, kənd ərazisində yanacaq satan şəxsdən bir litr benzin alaraq evinə gəlib. Gecə saat bir radələrində o, benzini götürərək qonşusunun həyətinə keçib. Ev sahiblərinin yatdığını görən Vəli əlindəki benzini evin giriş hissəsində olan xalça və pərdələrə tökərək, mənzilə od vurub hadisə yerindən qaçıb.
Bu vaxt evin balkonunda yatan Rəşadın anası mənzilin alovlandığını görüb oğlanları Rəşad və Rəşidi köməyə çağırıb. Hadisə vaxtı qorxudan qadının ürəyi gedib. Səsə oyanan qardaşlar mənzildəki yanğını çətinliklə də olsa, qismən söndürüblər. Hadisə nəticəsində evə 20 min manatdan artıq ziyan dəyib.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən V.Əsədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə V.Əsədov 3 il 6 ay azadlıqdan məhrum edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar