Xəbər lenti
Mirzoyanın xəritə açıqlaması etiraz yaratdı: Bakıya təslim olduq

Müxalif “Ermənistan” blokundan olan parlament üzvləri ölkənin xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanla sülh müqaviləsi layihəsində konkret xəritələrin fiksasiyası məsələsinin heç vaxt gündəmə gətirilmədiyi barədə sözlərini “yalan” adlandırıblar.
Manevr.az teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının üzvləri Anna Qriqoryan, Artur Xaçaturyan, Kristin Vardanyan və Qeqam Manukyanın bəyanatında deyilib.
A.Mirzoyan avqustun 27-də İctimai Televiziyaya müsahibə verərkən qeyd edib: “Sülh müqaviləsində necə xəritə ola bilər?”.
Ermənistanın baş diplomatının bu açıqlamasına etiraz edən deputatlar söyləyiblər:
“Rəsmi olaraq bəyan edirik ki, Ararat Mirzoyan yalan danışır. Paraflanmış sazişin razılaşdırılması prosesi zamanı Ermənistan tərəfi delimitasiya və demarkasiya üçün əsas kimi 1974-1979-cu illərə aid SSRİ Baş Qərargahının xəritələrindən istifadə etməyi təklif edib. Azərbaycan tərəfi konkret illərin xəritələrini göstərmədən ümumi tərtibat təklif edib”.
Onların sözlərinə görə, paraflanmış sazişə əsasən belə qənaətə gəlmək olar ki, Ermənistan Azərbaycanın növbəti tələbini də qəbul edərək, bu məqamda təslim olub: “Bu, danışıqların Azərbaycanın tələblərini təmin etmək məntiqi ilə aparıldığını sübut edir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Media
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar