Hindistan yenə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına tam üzv olmaq istəyinə mane olub.
Manevr.az xəbər verir ki, Çin Azərbaycanın ŞƏT-də tam üzv olmaq müraciətini dəstəklədiyini təsdiqləyib. Hindistanın prosesi əngəlləmə qərarının çoxtərəfli diplomatiya prinsiplərinə və "Şanxay Ruhuna" zidd olduğunu bildirilib.
Məlumatlara görə, Hindistanın bu mövqeyi Azərbaycanın Pakistan ilə qardaşlıq münasibətləri ilə bağlıdır.
Məlumatlı mənbələrdən biri AnewZ-ə bildirib ki, bu addım Azərbaycanın kursunu dəyişdirmir, lakin beynəlxalq ictimaiyyətə Hindistanın siyasətinin məhdud olduğunu nümayiş etdirir.
Eyni zamanda, regional diplomatiyada yeni inkişaflar baş verib. Pakistanın Xarici İşlər naziri Məhəmməd İshaq Der Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı apararaq tərəflərin diplomatik münasibətlərin yaradılmasını nəzərdən keçirməyi razılaşdırıb. Pakistan naziri bu mübadiləni rəsmi "X" hesabında təsdiqləyib.
Pakistan Azərbaycan torpaqlarının işğalından sonra Ermənistanla münasibətləri dayandırmış və həmin dövrdə Ermənistanı daima təcavüzkar dövlət kimi tanımışdı. İslamabad həmçinin BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamələrinin qəbulunda mühüm rol oynamışdı.
AnewZ-in əldə etdiyi məlumata görə, Pakistanın son addımı Bakı ilə məsləhətləşmələr nəticəsində atılıb. ABŞ, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşündən sonra İslamabadda müzakirələr aparılıb və təşəbbüs razılaşdırılıb.
Ekspertlər AnewZ-ə bildirib ki, bu inkişaf Azərbaycanın daha geniş sülh siyasətinin bir hissəsi kimi və Vaşinqton razılaşmalarının birbaşa nəticəsi kimi qiymətləndirilməlidir.
Qeyd edək ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv deyil, sadəcə dialoq tərəfdaşı statusundadır. Yəni ŞƏT tədbirlərinə qismən qatılır, amma qərarvermə və səsvermə hüququ yoxdur. Tam üzvlük üçün dəfələrlə müraciət etsə də, Hindistan bu addımı dəstəkləmədiyi üçün qəbul olunmayıb.
Xəbər lenti
Hindistan yenə Azərbaycanın ŞƏT-ə üzvlüyünə mane oldu

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

.png)

Axtarış
Reklam

Media
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar