Sizin Reklam Burada
Xəbər lenti
01-09-2025
31-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda "Google" və "Microsoft" mərkəzləri yaradıla bilər

Tarix: 01-09-2025 20:14     Baxış: 329 A- / A+
Azərbaycanda "Google", "Microsoft" və "OpenAI"nin mərkəzləri yaradıla bilər
Azərbaycanda gələcəkdə "Google", "Microsoft", "OpenAI" və digər şirkətlərin mərkəzləri, elmi-tədqiqat bazaları yaradıla bilər.
Manevr.az xəbər verir ki, bunu ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bu gün Bakıda keçirilən ICPC-nin 49-cu dünya finalının açılış mərasiminin kuluarlarında jurnalistlərə bildirib.
O bildirib ki, bu gün Bakıda keçirilən ICPC-nin 49-cu dünya finalında 70 ölkədən 140 komanda iştirak edir:
 
"Bu tələbələr IT, kompüter elmləri sahəsinin ən aparıcı, ən əlaçı tələbələridirlər və gələcəkdə böyük şirkətlərdə işləyən mütəxəssislər - mühəndislər, proqramçılar olacaqlar.
Bu yarışmanın Azərbaycanda keçirilməsi, həm ölkəmizin imicinin, prestijinin inkişafına dəstək verəcək, həm də Azərbaycanda IT texnologiyaların, kompüter elmlərinin, kompüter sənayesinin inkişafına dəstək olacaq. Eyni zamanda, Azərbaycanda gənc nəsil proqramçıların yetişdirilməsinə, tərbiyəsinə və təhsilinə mühüm təsir göstərəcək".
"Bu yarışmanın gedişatına böyük şirkətlər - "Google", "Microsoft", "OpenAI" və digərləri baxırlar, izləyirlər. Buradakı şagirdləri, tələbələri işə götürürlər. Beləliklə, bu şirkətlərin də Azərbaycanla əlaqələri güclənir. Azərbaycanda gələcəkdə həmin şirkətlərin mərkəzləri, elmi-tədqiqat bazaları yaradıla bilər. Bu da nəticədə ölkəmizdə IT sahəsinin inkişafına dəstək olacaq", - deyə F.İsmayılzadə vurğulayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar