Sizin Reklam Burada
Xəbər lenti
01-09-2025
31-08-2025
BÜTÜN XƏBƏRLƏR

Gürcüstan Prezidenti Trampa məktub yazdı: Çaşqınlıq doğurur...

Tarix: 01-09-2025 18:49     Baxış: 318 A- / A+



Gürcüstan Prezidenti Mixail Kavelaşvili açıq məktubla ABŞ lideri Donald Trampa müraciət edib. 
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə məlumatı "Sputnik Gürcüstan" yayıb. 
M.Kavelaşvili məktubunda bildirib ki, Donald Tramp administrasiyasının Gürcüstana qarşı passivliyi ölkə ictimaiyyətində çaşqınlıq və ABŞ-nin regional sülhün möhkəmləndirilməsi istiqamətində fəaliyyətinin səmimiliyinə dair şübhələr yaradır.
Həmçinin qeyd olunub ki, Tramp prezidentliyi dövründə bir neçə ay ərzində Gürcüstanın bütün qonşuları ilə sıx əlaqələr yaradıb:
"Tramp Azərbaycan və Ermənistan arasında sülh sazişinə töhfə verib, Türkiyə ilə fəal qarşılıqlı fəaliyyətdədir və Rusiya ilə dialoqu bərpa edib. Lakin ABŞ administrasiyası Gürcüstanla bağlı səssiz qalır və bu da gürcü ictimaiyyətində çaşqınlıq doğurur. Deyirlər ki, son bir neçə ay ərzində siz dünyanın yarısını dəyişmisiniz. Administrasiyanızın ölkəmizə qarşı məntiqi maraq göstərmədiyini nəzərə alsaq, passivliyiniz gürcü xalqında şübhə və administrasiyanızın regionda sülhün möhkəmləndirilməsi ilə bağlı fəaliyyətlərinin nə dərəcədə səmimi və azad olması ilə bağlı suallar doğurur".
Gürcüstan lideri həmçinin vurğulayıb ki, ABŞ ilə münasibətlərin və strateji tərəfdaşlığın yenidən başladılması Gürcüstanın xarici siyasətinin əsas prioritetlərindən biridir. 
Xatırladaq ki, hazırda Gürcüstan və ABŞ-nin münasibətləri formal xarakter daşıyır. İki ölkə arasında 2009-cu ildən qüvvədə olan strateji tərəfdaşlıq ABŞ-nin keçmiş prezidenti Co Baydenin dövründə dayandırılmışdı. Bununla yanaşı, bir sıra gürcü məmurlara qarşı viza sanksiyaları tətbiq edilib. Ölkələr arasında münasibətlərin pisləşməsinə səbəb Gürcüstanda bir sıra qanunların qəbul edilməsi olub. Belə ki, Bayden administrasiyası həmin qanunların "demokratiya prinsiplərinə zidd" olduğunu iddia edib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar