Xəbər lenti
Ramin Şükürov həbsdən azad edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin külli miqdarda rüşvət ittihamı ilə həbs edilən sabiq rəisi Ramin Şükürov ev dustaqlığına buraxılıb.
Manevr.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsi belə qərar qəbul edib.
4 ay əvvəl təqsirləndirilən polkovnik-leytenant barəsində həbs qətimkan tədbiri seçən hakim Fikrət Əliyev bu gün həmin qərarını dəyişib. Ramin Şükürov məhkəmə zalında həbsdən azad edilərək ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. Ramin Şükürov haqda ilk vaxtlar işçiləri ilə birgə ev dustaqlığı qətimkan tədbiri seçilsə də sonradan prokurorun təkrar təqdimatı əsasında həbs edilmişdi .
Zabitlərə qarşı Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham verilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


.png)
Axtarış
Reklam

Media
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar