Xəbər lenti
"Sevgi mənim qəlbimdə şəfqət simasında təcəssüm tapıb" - MÜSAHİBƏ

—Şair, yazar, tərcüməçi, həm də araşdırmaçı və həkimsiniz. Ən əvvəl soruşmaq istərdim: İnsanın dərdinə dərman tapmaq çətindir, yoxsa onun qəlbinə sözlə məlhəm olmaq daha çətindir?
— Maraqlı sual verdiniz. Xəstə, dərdli adamın içi acılarla, ümidsizliklərlə dolu olur. Yaxşı deyiblər: söz var dağa qaldırar, söz var dağdan endirər. İnsanın ən gözəl xüsusiyyəti sözlə dərdlərə məlhəm olmaqdır. Mən həmişə yazdığım dərmanla bərabər sözlə də dərdə məlhəm olmağa çalışıram. Qəlb ilə cism vahid orqanizmdir. Əgər mütəxəssis bilikli, savadlı, insan psixologiyasına bələddirsə — hər ikisi asandır. Yox əgər zəifdirsə, istər dərman tapmaq, istər sözlə məlhəm olmaq — hər ikisi çətindir.

— Şeir yaradırkən daha çox hansı duyğular Sizdə üstün gəlir – həyəcan, həsrət, sevgi, yoxsa təəccüb?
— Əlbəttə, sevgi. Sevgi olmasa, nə heyrət, nə həsrət, nə təəccüb olar. Sevgi bütün hisslərimizin qaynağıdır.
— Siz həm Azərbaycan, həm Türkiyə ədəbi mühitində çox sevilirsiniz. Bu iki qardaş xalqın oxucu ruhunu müqayisə etsək, onların şeirə yanaşmasında hansı fərqli rəngləri görürsünüz?

— “Əllərimdən yağış damır” kitabınızda söz, sanki, təbiətlə nəfəs alır. Sizin üçün təbiət – ilham qaynağıdır, yoxsa təbiətin özü şeirə çevrilir?
— Yaradıcılığın, sənətin ilham qaynağı istər insan olsun, istər təbiət olsun – gözəllikdir. Ölməz şairimiz Hüseyn Cavid demişkən: “Mənim tanrım gözəllikdir, sevgidir.”
— Poeziyanızda sevgi motivi çox güclüdür. Amma bu sevgi yalnız iki ürək arasındakı duyğu deyil, həm də vətənə, xalqa, təbiətə, insanlığa sevgi kimi görünür. Sevgi Sizin qəlbinizdə ən çox hansı simada təcəssüm tapır?
— Sevgi doğmalıqdan, mərhəmətdən doğur. Mənə görə sevgi anlayışı çox genişdir. İnsan anasını itirmiş bir pişik balasını da sevə bilər. Sevgi mənim qəlbimdə şəfqət simasında təcəssüm tapıb.
— Bir qadın şair kimi ədəbiyyat meydanına çıxmaq – həm zəriflik, həm də cəsarət tələb edir. Sizin fikrinizcə, qadın qələm sahiblərinin üzləşdiyi ən böyük çətinliklər nələrdir?
— Azərbaycan kifayət qədər tolerant ölkədir. Lap qədimdən Türklərdə ana, qadın adı yüksək qiymətləndirilib. Müəyyən dini təsirlər bir vaxtlar qadınlara məhdudiyyət qoysa da, müasir dövrdə türkçülüyümüzə qayıtdıqca bu məhdudiyyətlər aradan qalxıb. Elmdə, mədəniyyətdə, ədəbiyyatda qadınlarımız üçün heç bir çətinlik yoxdur. Bunun ən bariz nümunəsi — birinci ledimiz Mehriban Əliyevadır. Fürsətdən istifadə edərək, onu bütün türk dünyası qadınları adından təbrik edir, uğurlar arzulayıram.

— Şairliyimin həkimliyimə, həkimliyimin isə şairliyimə çox böyük təsiri var. Həkim bədənin, cismin şairidir; şair isə qəlbin, ruhun həkimidir. Hər ikisi mənim həyatımda bir-birini tamamlayır.
— Sizin şeirlərinizdə tez-tez yağış, su, axın obrazları var. Bu obrazların içində şəxsi həyatınızdan gələn bir iz varmı?
— Yağış yağanda sevinirəm. Sevinirəm ki, bütün ağaçlar, otlar, quşlar, susuzluqdan əziyyət çəkənlər su içir. Axar sulara saatlarla yorulmadan baxıram. Hisslərimə, ruhuma sığal çəkir. Ürəyimdən keçəni ilk öncə suya danışıram. Su mənimçün təmizlik, paklıq simvoludur.
— Bir çox türk xalqlarının ədəbiyyatını Azərbaycan oxucusuna tanıtdırmısınız. Sizcə, bu körpülər yalnız ədəbiyyat üçünmü qurulur, yoxsa xalqların ruhunu birləşdirən daha böyük mənaya xidmət edir?
— “Könül Yolçuluğu” layihəsi əsasında ədəbi tədbirlər keçirdim. Bu layihə əsasında Türkiyəli şair qardaşım Coskun Karabulutla birlikdə nəinki Türtkiyədə, Orta Asiyadakı digər qardaş türk ölkələrində də görüşlərimiz oldu. Yeni dostlar qazandıq. Biz şair və yazıcılar dünyada sülh, əmin- amanlıq olmasını, savaşların olmamasını istəyirik. İstəyirik ki, heç bir körpə ataşız qalmasın. Heç bir ata- ana övladını itirməsin müharibələrdə. Biz yazarlar bunun üçün birləşməliyik. Mədəniyyətimizi , ədəbiyyatımızı təbliğ etməliyik.
— “Şahid atası” adlı ilk nəsr kitabınızı oxuculara təqdim etdiniz. Nəsr və şeir arasında özünüzü hansı daha yaxın hiss edirsiniz?
— Şeirlərim həyatın nəsrindən, nəsrim isə həyatın poeziyasından güc alır. “Şəhid atası” povestində uzun, çoxillik həyat təcrübələrimə, hadisələrə əsaslanmışam . Qeyri - təvazökarlıq olsa da” Şəhid atası “povestimin qazandığı uğuru onun həyatiliyində görürəm. Yeri gəlmişkən , povest Azərbaycanda Yusif Səmədoğlu adına təsis edilmiş mükafatın bu janr üzrə ilk qalibi oldu. Bu işdə mənə dəstək olan hər kəsə , xüsusilə də Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr mərkəzinin sədri, bu povestin redaktoru, əsər haqqında böyük bir məqalə yazan, bir nasir kimi formalaşmağımda mənə mənəvi dayaq olan Əsəd Cahangirə minnətdaram.

— Siz təbiətə və heyvanlara xüsusi bir məhəbbətlə yanaşırsınız. Bu məhəbbət Sizin həyatınızda və yaradıcılığınızda necə bir yer tutur?
— İnsanlıq heyvanlara məhəbbətdən başlayır. Heyvanı sevməyən insanda vicdan olmaz. Onlar Yaradanın bizə əmanətidir. Mən küçələrdə sahibsiz heyvanlara qida, su verirəm. Hesab edirəm ki, insanların heyvanlara qayğısı artmalıdır, çünki bəşəriyyətin xilası sevgi və mərhəmətdədir.
— Bir şair üçün ən böyük ilham mənbəyi nədir – Tanrının bəxş etdiyi ilahi eşqmi, gündəlik ağrı və sevinclərmi, yoxsa zamanın izlərimi?
— Dünya bir vəhdətdədir. Mənim üçün bütün duyğular tarazlıq üçündür. İnsanın ruhu ilə cisimi Tanrının bəxş etdiyi ilahi eşqdə birləşir.
— Bir çox beynəlxalq ədəbi festivallarda iştirak etmisiniz. Sizcə, bu gün dünya ədəbiyyatında milli ruhmu üstünlük təşkil edir, yoxsa qlobal bir ahəng daha çox hiss olunur?
— Dünya ədəbiyyatı milli köklər üzərində yaranır. Milli ruh olmasa, qloballaşma olmaz.
Bizim bayrağımızdakı üç rəng də bunu simvolizə edir: biri millilik, biri qloballıq, biri dini inanc.
Qloballaşmanı meyvəyə bənzətsək, millilik onun köküdür. Kökündən su içməsə ağac bar verməz. Milli ruh olmasa, qlobal ahəng də ola bilməz.

Cahangir NAMAZOV,
Azərbaycan Jurnalistlər Birliyinin və
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar