Xəbər lenti
"Ay mənim qanadımın qırıq yeri, süst yeri..." - Aydan Abdullayeva

Manevr.az A.Abdullayevanın qardaşının vəfatından təsirlənərək yazdığı şeiri təqdim edir:
Qardaşım Ayxanın vəfatına.....
Sən oldun gözlərimdə
Yırğalanan qəm , bala..
Gözlərimi oğrayıb
Apardın.. təkəm, bala..
Gözümdə solan gülüm
Ovcuma düşən külüm
Bəxtinə düşən çənin
Özüm başına dönüm...
Ay qisməti kəm düşən
Üryan budaqlar kimi
Küləyin əllərində
Üşüyən, hey üşüyən
Taleyindən gen düşən..
Niyə qıydı mənə fələk
Belə vədəsiz dərdi..
Fələyə kim deyib ki
Dərdnən göyçəyəm balam?..
İtər dəryada gəmin..
Balıqlar ağlayar.. ağlayar..
Görüşünə gələcəkdim...
Bir ovuc torpaq nə bilim
Məni yolumdan saxlayar ...
Bir cüt gözün yumulu
Çağırır ağ buludu ...
Gözümdə yuva salan
Üzün düşdü yağışa ...
İslandı, gah qurudu...
Arxamca məlul baxan
Sonuncu tikəm, balam...
Səni alıb aparan
Gölə ... nə deyim, nə deyim?...
Canımda bir ovuc torpaq
Səni deyib ağlayır
Mən necə gülümsəyim?...
Ay mənim ürəyimə
Dumantək çökən balam ...
Gəlib diz çökəcəyəm
Qəbrin üstə bir axşam...
Dönəcəm ağ vərəqə
Nə sözün var yazarsan bu
Qanadı qırılmışa.....
Ay mənim qanadımın
Qırıq yeri, süst yeri...
Gözümdə qalan arzum
Sularda batan arzum....
Günəşinə çat düşən
Ay sabahsız şeirim .....
Aydan Abdullayeva
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar