Sizin Reklam Burada
Xəbər lenti
03-09-2025
02-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Ay mənim qanadımın qırıq yeri, süst yeri..." - Aydan Abdullayeva

Tarix: 03-09-2025 12:27     Baxış: 376 A- / A+
Gənc şair Aydan Abdullayevanın qardaşı Ayxan vəfat edib. Allah rəhmət eləsin! Aydan xanıma və doğmalarına səbr diləyirik. 
Manevr.az A.Abdullayevanın qardaşının vəfatından təsirlənərək yazdığı şeiri təqdim edir:

Qardaşım Ayxanın vəfatına..... 

Sən oldun gözlərimdə
Yırğalanan qəm , bala.. 
Gözlərimi oğrayıb
Apardın.. təkəm, bala.. 

Gözümdə solan gülüm
Ovcuma düşən külüm
Bəxtinə düşən çənin
Özüm başına dönüm...

Ay qisməti kəm düşən
Üryan budaqlar kimi
Küləyin əllərində 
Üşüyən, hey üşüyən
Taleyindən gen düşən..

Niyə qıydı mənə fələk
Belə vədəsiz dərdi..
Fələyə kim deyib ki
Dərdnən göyçəyəm balam?..

İtər dəryada gəmin..
Balıqlar ağlayar.. ağlayar..
Görüşünə gələcəkdim...
Bir ovuc torpaq nə bilim
Məni yolumdan saxlayar ...

Bir cüt gözün yumulu
Çağırır ağ buludu ...
Gözümdə yuva salan
Üzün düşdü yağışa ... 
İslandı, gah qurudu...
Arxamca məlul baxan
Sonuncu tikəm, balam... 

Səni alıb aparan
Gölə ... nə deyim, nə deyim?...
Canımda bir ovuc torpaq
Səni deyib ağlayır
Mən necə gülümsəyim?...
Ay mənim ürəyimə
Dumantək çökən balam ...

Gəlib diz çökəcəyəm
Qəbrin üstə bir axşam... 
Dönəcəm ağ vərəqə
Nə sözün var yazarsan bu
Qanadı qırılmışa..... 

Ay mənim qanadımın
Qırıq yeri, süst yeri...
Gözümdə qalan arzum
Sularda batan arzum....
Günəşinə çat düşən
Ay sabahsız şeirim .....

Aydan Abdullayeva

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar