Xəbər lenti
Uşaqlara quru çörək verən bağça müdiri işdən çıxarıldı

Abşeron rayonu Pirəkəşkül kənd 21 nömrəli uşaq bağçasının müdiri Xədicə Vəliyevanın əmək müqaviləsinə xitam verilib.
Bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, daxil olan vətəndaş müraciəti əsasında sözügedən bağçada idarə tərəfindən araşdırma aparılıb.
"Araşdırma nəticəsində vəzifə funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlara görə təhsil müəsissəsinin müdiri Xədicə Vəliyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Təhsil müəssisələrində uşaqların düzgün qidalanması, sağlam və təhlükəsiz mühitdə təhsil alması, həmçinin vətəndaşların təhsil müəssisəsinə etimadının artırılması əsas prioritetlərdəndir.
Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Bu istiqamətlərdə hər bir müraciət diqqətlə araşdırılır və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür" ,- məlumatda qeyd olunub.
Qeyd edək ki, bir müddət öncə sosial şəbəkələrdə Pirəkəşkül kənd 21 nömrəli uşaq bağçasında səhərlər uşaqlara quru çörək və su verildiyi ilə bağlı video və fotolar paylaşılmışdı.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar