Xəbər lenti
İran neftini İraq nefti kimi satırmışlar: ABŞ üstünü açdı

Manevr.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran nefti qaçaqmalçılığına görə bir nəqliyyat və gəmi şəbəkəsinə qarşı sanksiya tətbiq edib. Məlumata görə, həmin şəbəkə İran neftini gizlicə İraq nefti ilə qarışdıraraq fəaliyyət göstərir və bu neft qəsdən yalnız İraq mənşəli kimi bazara çıxarılır ki, sanksiyalardan yayınsın.
ABŞ maliyyə naziri Skott Bessent İraqın terrorçular üçün “təhlükəsiz sığınacaq” halına gəlməməli olduğunu bəyan edib. Qeyd edib ki, bu səbəbdən ABŞ İranın ölkədəki təsirini məhdudlaşdırmaq üçün çalışır.
O, neft gəlirlərini hədəf almaqla İranın ABŞ və müttəfiqlərinə qarşı hücum həyata keçirmə imkanlarının daha da zəiflədiləcəyini əlavə edib.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar