Xəbər lenti
Qadın ərini timsahın ağzından xilas etdi

Hadisə Maharaştra ştatının Madhavapur kəndində baş verib.
45 yaşlı kişi arvadı və baldızı ilə birlikdə kanalı keçərkən yırtıcının hücumuna məruz qalıb. Timsah kişinin ayağından yapışaraq onu suya doğru çəkib. Kişinin köməyinə arvadı gəlib. Qadın ərinə çiyninə doladığı parçanı atıb və kişi ondan tuta bilib.
Onların qışqırığına ətraf sakinlər gəlib və timsahı çubuqlarla döyməyə başlayıblar. Nəhayət, timsah öz qurbanını buraxmaq məcburiyyətində qalıb. Yaralı yerli xəstəxanaya çatdırılıb.
Meşə departamentinin nümayəndələri bildiriblər ki, güclü yağışlar səbəbindən kanallarda suyun səviyyəsinin qalxması timsahların yaşayış məntəqələrinə yaxınlaşmasına şərait yaradıb. Xilasetmə komandaları sürünənlərə qarşı əməliyyatlar həyata keçirirlər.
Hindistan hakimiyyəti timsahların aktivliyinin pik həddə çatdığı yağış mövsümündə təhlükəsizlik tədbirlərini gücləndirir. 2024-cü ilin məlumatına görə, Uttar-Pradeş ştatında sürünənlərin insanlara 12 hücumu qeydə alınıb, bunlardan üçü ölümlə nəticələnib. teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar