Xəbər lenti
Bakıda avtobusda dava, sərnişin həbs edildi

Manevr.az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində, 185 saylı marşrut avtobusunda baş verib.
Sabunçu rayonunun Zabrat qəsəbəsində sərnişin Niyazi Ağayev (soyad şərtidir) əmisi ilə birlikdə avtobusa minib. O, Bakıxanov qəsəbəsində sürücüyə yaxınlaşaraq, əmisinin xəstə olduğunu deyib və buna görə avtobusu dayanacaqdan kənar yerdə saxlamasını istəyib. Sürücü isə ona avtobusu dayanacaqdan kənarda saxlamağın qadağan edildiyini bildirib. Niyazi sürücü ilə mübahisə edərkən avtobusda sərnişin qismində olan Hüseyn Məmmədov (soyad şərtidir) söhbətə müdaxilə edib. O, sürücünü müdafiə edib.
Bu vaxt avtobus dayanacaqda saxlayıb və Hüseyn avtobusu tərk edib. N.Ağayev onun arxasınca düşərək, mübahisəni davam etdirib. Nəticədə dava yaranıb və Hüseyn Niyazini döyüb. Sərnişinlər dava edənləri ayırıblar, əraziyə polis əməkdaşları gəliblər.
Faktla bağlı cinayət işi başlanıb, iş Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə H.Məmmədov üç ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar