Son günlər cəmiyyət arasında müzakirə olunan məsələlərdən biri də bəzi bankların üzərində müəyyən təsvirlər, yazılar və ya qeyri-standart işarələr olan dollarları qəbul etməməsi ilə bağlıdır. 
Manevr.az-ın məlumatına görə, məsələ ilə bağlı milli.az-a vəkil Bəhruz Orucov açıqlama verərək bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyində üzərində şəkil və ya işarə olan xarici valyuta qəbul edilmir kimi birbaşa qeyd yoxdur:
"Lakin "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanun və digər normativ sənədlərdə saxta pul nişanlarının dövriyyəyə buraxılmasının qarşısını almaq üçün müvafiq müddəalar mövcuddur. Bu müddəalar əsasında banklar və valyuta mübadilə məntəqələri şübhəli görünən əskinasları qəbul etməmək hüququna malikdir:
Maliyyə institutları adətən bu cür addımları risklərin qarşısını almaq üçün atır. Əskinas üzərində əlavə təsvir, yazı və ya ləkələr olduqda, həmin pul nişanı saxta təsiri bağışlaya bilər. Bu halda bank əməkdaşları öz məsuliyyətlərini nəzərə alaraq həmin valyutanı qəbul etməyə bilər. İstifadəçilərin narazılığı isə əsasən gündəlik əməliyyatlarda belə məhdudiyyətlərin əlavə çətinlik yaratması ilə bağlıdır".
Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Milli.Az-a bildirib ki, əgər əskinasın 40%-dən çoxu zədələnməyibsə, o zaman həmin əskinas dəyişdirilə bilər:
"Amma pulun 40%-dən artıq hissəsi zədələnibsə, onun dəyişdirilməsi mümkün deyil. Əskinasın üzərində yazıların, işarələrin olması isə kütləvi hal sayılmır və bu səbəbdən pulun dəyişdirilməsinə mane olmur".
 Xəbər lenti 
					
 
		Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 

















