Sizin Reklam Burada
Xəbər lenti
05-09-2025
04-09-2025
BÜTÜN XƏBƏRLƏR

Haker hücumlarına ən çox Dövlət İmtahan Mərkəzinin istifadəçiləri məruz qalıb

Tarix: 05-09-2025 11:20     Baxış: 324 A- / A+


Bu ilin ilk 6 ayı ərzində 47 dövlət qurumunun 95 əməkdaşı kibergigiyena qaydalarına riayət etmədiyinə görə haker hücumlarının qurbanına çevriliblər. Onların da 16%-i admin səlahiyyətli əməkdaşlar olublar.
Manevr.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlər Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov Dövlət Qurumları İnformasiya Təhlükəsizliyi Rəhbərlərinin 6-cı Zirvə Toplantısında deyib.
O qeyd edib ki, Xidmətin araşdırması zamanı 6200-dən artıq istifadəçinin hakerlərin qurbanına çevrildiyi müəyyən olunub:
“Hücumlara ən çox Dövlət İmtahan Mərkəzinin istifadəçilərinin məruz qalıb - 2406 vətəndaş”.
Tural Məmmədov dövlət informadsya ehtiyatlarından məlumatların niyə sızdığı ilə bağlı da danışıb:
“2025-ci ilin ilk 6 ayı ərzində 34 dövlət informasiya sistemində fərdi məlumatların əldə edilməsinə və toplanmasına imkan verən 62 boşluq tapılıb. Bu və rəqəmsallaşmayla yeni yaranan və ya yenilənən informasiya sistemlərində mütəmadi dəyişikliklər fonunda yaranan boşluqlar məlumatların sızmasına gətirib çıxarır. Eyni zamanda, təhlükəsizlik boşluqlarının müəyyən olunmasından onun aradan qaldırılmasına qədər keçən zaman məlumatların sızmasına şərait yaradır”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar