Xəbər lenti
Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Manevr.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir.
Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardan olan Yusif Səmədoğlu məşhur “Qətl günü” romanı ilə Azərbaycanın hüdudlarından uzaqlarda da şöhrət qazanıb. O, rəhbəri olduğu mühüm ədəbi-bədii məcmuələrdən milli düşüncə və ideyanın daha geniş yayılması üçün tribuna kimi istifadə edib, ölkədə azadlıq hərəkatının və müstəqillik uğrunda mübarizənin ön sıralarında dayanıb, xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə vətəndaş-ziyalı mövqeyi ilə seçilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar