Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Məktəbli qız 21 yaşlı oğlanla qəbristanlıqda əlaqədə oldu: “Videonu atana göndərəcəm” - TƏFƏRRÜAT

Tarix: 04-09-2025 14:36     Baxış: 327 A- / A+

Abşeron rayonunda 2004-cü il təvəllüdlü Seymur sosial şəbəkədə tanış olduğu yetkinlik yaşına çatmayan Xatirə (adlar şərti verilib – red.) ilə intim münasibətdə olub.
Manevr.az teleqraf-a istinadən xəbər verir ki, Seymur 2024-cü ildə sosial şəbəkədə tanış olduğu 15 yaşlı qızı Digah qəsəbəsi ərazisində qəbiristanlığa aparıb.
Orada qıza qarşı seksual xarakterli iyrənc hərəkətlər edib.
Bundan başqa Seymur Xatirə ilə vatsapda əlaqə saxlayıb, seksual xarakterli hərəkət etdiyi zaman çəkdiyi videogörüntüləri atasına göndərəcəyini, internet sosial şəbəkəsində paylaşacağı ilə hədələyib. O, rüsvayedici hədəsi ilə zərərçəkmiş şəxsdən 100 manat tələb edib.
İstintaq orqanı tərəfindən Seymurun barəsində Cinayət Məcəlləsinin 152.1 (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddələri ilə ittiham elan edilib.
“Görüşməyi təklif etdim”
İş üzrə ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, “İnstaqram” sosial şəbəkəsində qeydiyyatdan keçib:
“Bu zaman “Zema” adlı profil istifadəçisi ilə tanış olmaq istədiyimi bildirdim. Ondan hansı məktəbdə, neçənci sinifdə oxuduğunu soruşdum. Qəsəbədə orta məktəbdə oxuduğunu dedi. Özümü təqdim etdim və ona görüşməyi təklif elədim.
Ünsiyyətimizi davam etdirdim. Təkrar Xatirəyə görüşmək istədiyimi bildirəndə hər ikimizin razılığı ilə görüşü planlaşdırdıq. O təklif etdi ki, məktəbin həyətində görüşək. Dedim, orada adam çox olur, qəbiristanlığın ərazisinə gedək”.
“Seksual hərəkətlər etdim”
Təqsirləndirilən şəxs qeyd edib ki, saat 14 radələrində məktəbin qarşısında Xatirəni gözləyib: “O məktəbdən çıxanda əvvəlcədən razılaşdığımız kimi mən qəbiristanlığa tərəf getdim. Qız da arxamca gəldi.
Qəbrisitanlıqda ağaclıq olan hasarın yanında qarşılaşdıq. Bir gədər söhbət etdikdən sonra öpüşməyə başladıq. Ona qarşı seksual hərəkətlər etdim. Qızı yerdə daşın üstündə oturtdum və intim hərəkətlər etməsini istədim. Onunla bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə oldum. Başqa seksual xarakterli hərəkətlər də etdim. Bunları mobil telefonuma çəkərək yaddaşda saxladım”.
“Görüşmək istəməyəndə videogörüntünü göndərdim”
Seymurun ifadəsinə görə, axşam saatlarında Xatirə ilə əlaqə saxlayan zaman ondan 20 manat borc istəyib:
“Qız dedi ki, atamdan alsam, sənə 20 manat verərəm. Növbəti gün yenidən İnstaqramda ünsiyyət saxlayanda mobil nömrəsini istədim. Əvvəlcə nömrəsini vermək istəmədi. Dedim ki, nömrəni verməsən, sinif yoldaşlarından tapa bilərəm. Ondan mobil nömrəsini aldım.
Vatsapda yazdım, görüşmək istədiyimi dedim. O isə vaxtı olmadığını və görüşmək istəmədiyini bildirdi. Belədə qeyri-təbii yolla cinsi əlaqədə olan zaman çəkdiyim görüntünü ona göndərdim. Dedim, əgər mənimlə görüşməsən, görüntünü atanın telefonuna göndərəcəm”.
“Mən qızdan pul tələb etməmişəm”
Təqsirləndirilən şəxs bildirib ki, Xatirənin orta məktəb şagirdi olduğunu əvvəlcədən bilib: “Bir dəfə qəsəbədə qəbiristanlıqda görüşmüşük. Onu iyrənc hərəkət etməyə məcbur etmişəm. Sonra isə qeyri-təbii yolla cinsi əlaqədə olmuşam. Demişəm ki, mənimlə görüşməsən, videonu atana göndərəcəm. Xatirədən hər hansı məbləğdə pul tələb etməmişəm”.
Seymur deyib ki, Xatirə ilə təxminən dekabrın 9-da İnstaqramda tanış olub: “O, mənim paylaşdığım storini bəyəndi. Ona mesaj yazaraq tanış olub-olmadığımızı soruşdum. Söhbət əsnasında tanışlaşdıq.
Səhəri günü Xatirə məktəbdən çıxdıqda təxminən saat 2 radələrində görüşdük. Görüş yerini razılıq əsasında Digah qəsəbəsində qəbiristanlığın yanına təyin etdik. Ondan hər dəfə yaşını soruşmuşam. 17-18 yaşı olduğunu bildirib. Neçənci sinifdə oxuduğunu deməyib”.
Seymur qeyd edib ki, qəbirstanlığa getməkdə məqsəd Xatirə ilə söhbət etmək olub: “Ona qarşı heç bir zor tətbiq etməmişəm. Həmin gün içkiliydim. İntim hərəkətləri hansı məqsədlə telefonumda çəkməyimi xatırlamıram. Daha sonra məlum oldu ki, Xatirə məndən başqa 2-3 nəfərlə də danışırmış”.
“Məni çəkdiyini bilməmişəm”
İş üzrə zərərçəkmiş Xatirənin sözlərinə görə, təxminən ötən il dekabrın 8-də Seymur ona İnstaqram üzərindən mesaj yazıb: “Məni tanıdığını bildirdi, görüş təklif etdi. İlk dəfə görüşdən imtina etəsəm də ikinci təklifdən sonra razılaşdım.
Səhəri günü dərsdən çıxarkən Seymur mesaj yazaraq qızlardan ayrılmağımı və onun arxası ilə gəlməyimi istədi. Qəbiristanlığın yaxınlığına çatdıq. 10-15 dəqiqə söhbət etdikdən sonra məni öpməyə başladı, başqa hərəkətlər etdi. Həmin vaxt Seymurun video ilə çəkdiyini bilməmişəm”.
Zərərçəkmiş qeyd edib ki, Seymur ona yenidən yazıb və görüş təklif edib: “Mən hazırlıqdan çıxdıqdan sonra təxminən saat 7 radələrində Seymurun arxasınca getdim, qaranlıqda tanımadığım bir yerdə açıq darvaza, həyətdə avtomobil gördüm. Seymur dostu ilə nəsə danışdı, daha sonra məni avtomobilə dəvət etdi.
Avtomobildə məni öpməyə başladı, yenidən qəbiristanlıqda olduğu kimi intim hərəkətlər etməyimi istədi. Bu zaman onun video çəkdiyini gördüm və bildirdim ki, videoya çəkməsin”.
“Başıma gələnləri 102-yə danışdım”
Xatirənin ifadəsinə görə, dekabrın 16-da səhər tezdən Seymur ona sosial şəbəkədə yazıb və mobil telefon nömrəsini istəyib:
“Nömrəmi verməkdən imtina etdim. Sinif yoldaşlarımdan nömrəmi tapa biləcəyini bildirəndə qorxdum və nömrəmi ona verdim. Görüşdüyümüz zaman etdiyimiz hərəkətləri çəkdiyi videogörüntünü vatsapda mənə atdı. Borcu olduğu üçün 100 manat tapmağımı istədi. Əks halda videonu atama göndərəcəyi ilə qorxutdu. Daha əvvəl də məndən 20 manat istəmişdi. Mənə 1700-1800 manat borcu olduğunu bildirirdi.
Ona pul tapa bilməyəcəyimi desəm də, yazdığıma məhəl qoymadı və pul məsələsini həll etməyimi, əks halda videonu atama göndərəcəyini yazdı. Hazırlığa gedəndə Daxili İşlər Nazirliyin 102 qaynar xəttinə zəng edərək başıma gələnlər barədə məlumat verdim”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar