Xəbər lenti
Bankların keşbek faizləri niyə azalır? – Ekspert

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bankların keşbek siyasətindəki dəyişikliklərdən danışarkən deyib.
Ekspert bildirib ki, banklar keşbek layihələrini həm də gələcəkdə əlavə xidmətlər satmaq məqsədilə həyata keçiriblər:
“Bank müştəriyə keşbek verərək onu sistemə cəlb edir. Sonra həmin müştərinin valyuta mübadiləsi əməliyyatlarından, kartdan-karta köçürmələrdən, nağd pul çıxarışından və hətta kredit məhsullarından gəlir əldə edə bilir. Yəni bank keşbek vasitəsilə müştəri ilə uzunmüddətli münasibət qurur və əlavə qazanc imkanları yaradır. Amma layihə kütləviləşdikcə xərclər idarəolunmaz həddə yüksəlir. Bu da bankı məcbur edir ki, keşbek faizlərini azaltsın və strategiyanı yenidən dizayn etsin”.3
Xalid Kərimli əlavə edib ki, keşbek proqramlarının tamamilə ləğv olunması da mümkündür:
“Bank hər ay bu layihələri təhlil edir və xərclər faydadan çox olanda strategiyanı dəyişir. Əgər layihə bank üçün sərfəli olmazsa, onu tamamilə dayandıra da bilər. Burada bankları günahlandırmaq düzgün deyil – bu, sırf onların marketinq və satış strategiyasıdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar