Bu il avqustun 30-da Ermənistan Baş nazirinin təyyarəsi Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib və sentyabrın 6-da gecə Ermənistana qayıdıb.
Manevr.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan medianın sualına cavab olaraq bildirib.
Onun sözlərinə görə, bu il avqustun 8-də Vaşinqtonda sülhün bərqərar olmasından sonra Ermənistanın müvafiq orqanları Azərbaycandan Baş nazirin təyyarəsi üçün hava keçidi istəyib və müsbət cavab alıblar: "Biz bu faktı regionda kommunikasiyaların açılması, sülh gündəminin təşviqi və qarşılıqlı etimad mühitinin formalaşdırılması üçün əməli addım hesab edirik".
O xatırladıb ki, Azərbaycan təyyarələri uzun müddətdir Ermənistanın hava məkanı vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə yaradır.
Xəbər lenti
Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar