Xəbər lenti
Prezident Samir Şərifova daha bir vəzifə verdi

Manevr.az sərəncamın mətnini təqdim edir:
1. 2026-cı il iyunun 16–19-da İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri | ||
Samir Şərifov | - | Azərbaycan Respublikası Baş nazirinin müavini |
Təşkilat Komitəsi sədrinin müavini | ||
Mikayıl Cabbarov | - | Azərbaycan Respublikasının iqtisadiyyat naziri |
Təşkilat Komitəsinin üzvləri: | ||
Ceyhun Bayramov | - | Azərbaycan Respublikasının xarici işlər naziri |
Sahil Babayev | - | Azərbaycan Respublikasının maliyyə naziri |
Adil Kərimli | - | Azərbaycan Respublikasının mədəniyyət naziri |
Kəmaləddin Heydərov | - | Azərbaycan Respublikasının fövqəladə hallar naziri |
Vilayət Eyvazov | - | Azərbaycan Respublikasının daxili işlər naziri |
Rəşad Nəbiyev | - | Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri |
Teymur Musayev | - | Azərbaycan Respublikasının səhiyyə naziri |
Şahin Bağırov | - | Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri |
Elçin Quliyev | - | Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi |
Vüsal Hüseynov | - | Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi |
Fuad Nağıyev | - | Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri |
Taleh Kazımov | - | Azərbaycan Respublikası Mərkəzi Bankının sədri |
Samir Rzayev | - | “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti |
Eldar Əzizov | - | Bakı Şəhər İcra Hakimiyyətinin başçısı. |
2.1. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu”na uyğun olaraq, İllik Toplantıların təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının hazırlanmasını və icrasını təmin etsin;
2.2. İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi ilə əlaqədar digər zəruri məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi ilə bağlı İslam İnkişaf Bankı Qrupu ilə əlaqələndirmə və Təşkilat Komitəsinin katibliyi funksiyalarını həyata keçirsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi ilə əlaqədar xərclərin maliyyələşdirilməsi üçün 2026-cı ilin dövlət büdcəsi layihəsində müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin və digər zəruri məsələlərin həlli üçün tədbirlər görsün.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar