Xəbər lenti
Yunanıstanlı hakim ikinci dəfə Azərbaycan komandasının matçına təyinat alıb

Yunanıstanlı FIFA referisi Vassilis Fotias ikinci dəfə Azərbaycan komandasının matçına təyinat alıb.
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - Ukrayna oyununu idarə edəcək 36 yaşlı referi növbəti dəfə Bakıya səfər edəcək.
Yunanıstanlı ədalət təmsilçisi daha əvvəl 2021-ci ildə Azərbaycanın U-21 yığmasının Norveçlə görüşündə iş başında olub. Həmin vaxt "Baksell Arena"da (hazırkı "Neftçi Arena") gerçəkləşən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Fotias İsmayıl Zülfüqarlıya, Mustafa Yıldırıma, qonaqlardan isə Leo Hyeldeyə, Sebastyan Sebulonsenə və Noah Holma sarı vərəqə göstərib.
Vassilis Fotias 2021-ci ildən UEFA turnirlərinə təyinat alır. O, daha əvvəl UEFA Çempionlar Liqası və UEFA Konfrans Liqasının təsnifat mərhələlərinin qarşılaşmalarını idarə edib. FIFA referisi karyerasında ikinci dəfə əsas milli komandaların seçmə mərhələdəki görüşünə təyinat alıb. O, 2023-cü ildə Farer adaları - Moldova matçında (0:1) söz sahibi olub.
Qeyd edək ki, Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar