Xəbər lenti
Lavanda depressiyaya qarşı təbii vasitə ola bilər

"Bəzi bitkilər antidepresantlarla yanaşı depressiya ilə mübarizədə kömək edir".
Manevr.az xəbər verir ki, bu barədə həkim Yevgeni Taratuxin məlumat verib.
“Lavanda, daha dəqiq desək onun ekstraktları, çoxsaylı tədqiqatlarda depressiya ilə mübarizədə effektivliyini göstərib. Məsələn, lavanda efir yağı Almaniyada «Sileksan» adlı preparat formasında istifadə olunur”, — deyə mütəxəssis bildirib.
Onun fikrincə, antidepresantların uzun yan təsirlər siyahısından fərqli olaraq, lavanda efir yağının əks göstərişləri yoxdur. Lakin təbii ekstraktlardan istifadə zamanı allergik reaksiyaların ola biləcəyini də unutmamaq lazımdır.
Həkim həmçinin qeyd edib ki, lavanda ekstraktını, yəni efir yağını, parfümeriya ətirlərindəki lavanda qoxusundan və ümumiyyətlə ətirdəki lavanda iyindən fərqləndirmək lazımdır:
“Yalnız həqiqi lavanda, yəni ingilis lavandası (Lavandula angustifolia) klinik tədqiqatlarda istifadə olunur. Məhz onun ekstraktları effektivliyini göstərib, amma onlar fərqli keyfiyyətdə və müxtəlif təmizlik dərəcəsində ola bilər. Aşağı keyfiyyətli efir yağını daxilə qəbul etmək olmaz”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar