Xəbər lenti
Komandan: Nazirin hərbi rütbəni aşağı salmaq səlahiyyəti olmalıdır

Qanunvericiliyə görə hərbi rütbə vermək səlahiyyəti olan şəxsin həmin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti də olmalıdır və bu məsələ qanunda əksini tapmalıdır.
Manevr.az xəbər verir ki, bunu Daxili işlər nazirinin müavini, Daxili Qoşunların Komandanı Şahin Məmmədov Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputatların suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, daxili işlər nazirinin polkovnik və digər rütbələri vermək səlahiyyəti var:
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda həmin vəzifələrin aşağı salınması da müəyyən olunub. Daxili işlər nazirinə "Daxili qoşunlar haqqında" yeni qanun layihəsində polkovnik hərbi rütbəsindən başlayaraq aşağı rütbəli zabitlərin rütbələrini bir pillə aşağı salmaq səlahiyyəti verilməlidir".
Onun sözlərinə görə, kapitan rütbəsindədək olanların şəxslərin rütbəsinin aşağı salınması Daxili Qoşunlar Komanadanına, mayor, polkovnik-leytenant və polkovnik rütbəsinin bir pillə aşağı salınma səlahiyyəti Daxili İşlər Nazirinə verilsin.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar