Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Tanınmış plastik və rekonstruktiv cərrah vəfat edib

Tarix: 09-09-2025 19:39     Baxış: 326 A- / A+

Bu gün tanınmış plastik və rekonstruktiv cərrah, professor İbrahim Yıldırım vəfat edib.
Manevr.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
2023-cü ildə ölkəmizdə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin I Simpoziumunun fəxri qonaqlarından biri olan İbrahim Yıldırım İstanbul Universitetinin professoru, tibb üzrə elmlər doktoru olub.
O, tibbi təhsilin təkmilləşdirilməsi və ixtisasartırma təlimlərinin yaxşılaşdırılması məqsədilə tibb sahəsində Azərbaycan Tibb və İstanbul Universitetləri arasında müqavilə və razılaşma əldə edən ilk təşkilatçı olub.
İ.Yıldırım 18-dən çox dərnək və assosiasiyanın üzvü olub, elcədə də 16-dan çox ölkədə elmi konfrnaslarda məruzəçi qismində çıxış edib.
Əslən Azərbaycanın Qazax rayonundan – Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Mustafa Vəkiloğlunun nəslindən olan İbrahim Yıldırım 1936-cı il noyabrın 20-də Türkiyədə – Amasya vilayətinin Merzifon rayonunda dünyaya gəlib. İstanbul Universitetinin Tibb fakültəsini bitirdikdən sonra ABŞ, Avropa və Asiyanın müxtəlif ölkələrində plastik cərrahiyyə üzrə ixtisasartırma kurslarında təcrübə keçib, konfrans və seminarlarda iştirak edib. Dünyanın tanınmış plastik cərrahlarından biri olaraq müxtəlif ölkələrdə qonaq professor kimi mühazirələr oxuyub. Tibb sahəsində ixtisaslaşmış bir sıra cəmiyyət və təşkilatların, o cümlədən Azərbaycan Cərrahiyyə Cəmiyyətinin və Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin üzvü olub.
Molla Vəli Vidadinin və Molla Pənah Vaqifin nəticəsi olan Fiqən xanımla ailə quran İbrahim Yıldırım Azərbaycanla bağlılığını heç vaxt unutmayıb. Azərbaycanın elmi mühiti ilə yanaşı, ədəbi mühitini də yaxından tanıyıb. Vaxt məhdudiyyətinə baxmayaraq mütəmadi olaraq Azərbaycana gəlib, ədəbi məclislərdə, tədbirlərdə böyük həvəslə iştirak edib. Ümummilli lider Heydər Əliyevlə görüşüb. O, müstəqilliyimizin ilk illərində Birinci Qarabağ müharibəsində yaralanmış döyüşçülərimizin müalicəsinə, dərmanların gətirilməsinə, ağır yaralıların xarici ölkələrə aparılmasına, azərbaycanlıların Türkiyədə ali tibb təhsili almasına köməkliklər göstərib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ildə İbrahim Yıldırımı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif edib.
Ölkəmizin inkişafı, tərəqqisi onu qəlbən sevindirib. Daim Azərbaycanı dünyaya təqdim və təbliğ edən professor tibbə dair bir sıra əsərlərlə yanaşı, “Azərbaycandan Amasyaya daşınan türk kültürü və şirvanlılar”, “Baş üstündə bir kitabın olması”, “Türkiyədə Azərbaycan kültürü”, “İstanbul Universitetini bitirmiş azərbaycanlılar”, “Amasya araşdırmaları” və digər tarixi-etnoqrafik kitabları da qələmə alıb. Vətən müharibəsi zamanı və ondan sonra Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xidmətlərini əsirgəməyib.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar