Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənilər İranda konsert verdilər: Nələr üzə çıxdı?

Tarix: 10-09-2025 20:42     Baxış: 334 A- / A+
Ötən şənbə günü İranda Ermənistan milli filarmoniya orkestrinin konserti baş tutub. Orkestrin 100 illiyinə həsr olunmuş konsert İranın Fars əyalətinin mərkəzi Şiraz şəhərinin yaxınlığında yerləşən və qədim Əhəməni, yaxud Həxamənşi imperiyasının paytaxtı sayılan Persepolis və ya Təxti-Cəmşid adlı tarixi ərazidə keçirilib.

Bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan süjetdə qeyd olunur.

Müəllif qeyd edir ki, konsertin təşkilatçıları Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi, Ermənistanın İrandakı səfirliyi, eləcə də İranın Mədəni İrs, Turizm və Xalq Sənətkarlığı Nazirliyi, Mədəniyyət və İslami İrşad Nazirliyi və Fars əyalətinin qubernatorluğu olub.

Qeyd olunur ki, İranda və Ermənistanda geniş reklam olunan bu tədbirlə əlaqədar Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyanın başçılıq etdiyi 32 nəfərlik nümayəndə heyəti İrana səfər edib.

İran mediasının verdiyi məlumata görə, yüzdən çox erməni musiqiçinin iştirak etdiyi konsertdə bütövlükdə 1 500 tamaşaçı olub, o cümlədən dünyanın 23 ölkəsini təmsil edən 40-dan çox səfir və diplomat, həmçinin UNESCO-nun iki təmsilçisi tədbirə qatılıblar.

Konsertdə Ermənistan milli filarmoniya orkestrinin bədii rəhbəri Eduard Topçiyanın dirijorluğu ilə erməni və dünya klassik musiqisinin nümunələri səsləndirilib.

İranın mədəni irs, turizm və xalq sənətkarlığı naziri Rza Salehi Əmiri konsertin İran dövlət televiziyası ilə canlı yayımlandığını və geniş ictimai rezonans doğurduğunu vurğulayaraq, erməni orkestrinin çıxışını "xüsusi əhəmiyyət daşıyan nadir hadisə" adlandırıb və onun "iki xalqın tarixi və mədəni əlaqələrini əyani şəkildə nümayiş etdirən mühüm və unikal tədbir" olduğunu bildirib.

Öz növbəsində, Janna Andreasyan həmin konserti iki ölkənin fəal mədəni əməkdaşlığının parlaq nümunəsi adlandıraraq deyib:

"Həm Şirazın, həm də erməni icmasının mövcudluğunun açıq şəkildə göründüyü Persepolis kompleksinin müstəsna tarixi və mədəni dəyərləri məni çox heyran etdi". oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar