Sizin Reklam Burada
Xəbər lenti
24-04-2026
23-04-2026
BÜTÜN XƏBƏRLƏR

İşindən azad edildiyi deyilən aparıcıdan AÇIQLAMA

Tarix: 12-09-2025 09:43     Baxış: 4111 A- / A+
Jurnalist Səidə Bəkirqızının Mediatürk TV-nin baş redaktoru vəzifəsindən azad edildiyi barədə məlumatlar yayılıb.
 
Manevr.az xəbər verir ki, jurnalistin son günlər məcburi köçkünlərlə bağlı işlətdiyi ifadələri onun işini itirməsinə səbəb olub.
 
Məsələni dəqiqləşdirmək üçün  Səidə Bəkirqızı ilə əlaqə saxlanılıb.
 
Jurnalist qeyd etdi ki, yazılanlar yalandır. Onu heç kəs işdən azad etməyib, TV-dən öz ərizəsi ilə ayrılıb:
 
"Avqustun 4-də məzuniyyətdən qayıtdıqdan sonra ərizə yazaraq sentyabrın 1-dən kanaldan ayrıldım. Daha yaxşı təklif aldığım üçün bu addımı atdım. Rəhbərlik getməyimi istəmirdi, lakin biz jurnalistlər harada yaxşı maaş təklifi varsa, ora üz tuturuq", - deyə S.Bəkirqızı bildirib.
 
Jurnalist həmçinin vurğulayıb ki, onun işdən ayrılması ilə bağlı "məcburi köçkünlərlə əlaqəli məsələ" əsassız olaraq şişirdilib:
 
"Sadəcə üst-üstə düşdü. Məlumat üçün qeyd edim ki, sentyabrın 8-dən etibarən hər gün səhər saat 8-də Space TV-də yayımlanan "Xəbərin izində" proqramını aparıram".Oxu.az

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar