Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Tramp Ukrayna savaşının arealını genişləndirir: ABŞ-ın tərəddüdləri Rusiyaya "qoca qitə"ni dağıtmaq şansı verir

Tarix: 14-09-2025 21:14     Baxış: 323 A- / A+
Tramp Ukrayna savaşının arealını genişləndirir: ABŞ-ın tərəddüdləri Rusiyaya "qoca qitə"ni dağıtmaq şansı verir
Hazırda bütün proseslər Ukrayna savaşının artıq lokal münaqişə çərçivəsindən tamamilə çıxmaq üzrə olduğunu göstərir... Çünki bu müharibə indi Avroatlantik təhlükəsizlik sistemini ciddi şəkildə silkələyən hərbi-siyasi böhrana çevrilməyə başlayıb...
NATO üzvü olan Qərb ölkələri Rusiyanı tam blokada vəziyyətinə salmağın vacib olduğunu artıq etiraf edirlər. Bu hərbi-siyasi alyansın “Şərq gözətçisi” əməliyyatı da bu hədəfin sınaqdan çıxarılması məqsədi daşıyır. Belə anlaşılır ki, Rusiyanın iki Avropa ölkəsinə qarşı hərbi təxribatı NATO-da ciddi narahatlıq doğurub. Və indi Rusiya təhlükəsinin bloklanması üçün priventiv hərbi fəaliyyət planı hazırlanaraq, reallaşdırılmağa başlanılıb.
Onu da qeyd etmək lazımdır ki, son vaxtlar Rusiyanın birbaşa NATO ölkələrinə qarşı hərbi təxribatları əslində, Ukrayna Prezidenti Volodimir Zelenskini haqlı çıxartmaqdadır. Ona görə də, Ukrayna lideri növbəti dəfə Qərb ölkələrini Rusiyaya qarşı daha sərt mövqe sərgiləməyə çağırıb. Onun sözlərinə görə, prezident Vladimir Putini müharibəni dayandırmağa məcbur etməyin yeganə yolu Rusiyanı iqtisadi, siyasi və hərbi cəhətdən tamamilə sıxışdırmaqdır. Və ABŞ prezidenti Donald Trampın son bəyanatları isə onu göstərir ki, artıq Ağ Evin səbr kasası da tükənmək üzrədir.
Məsələ ondadır ki, prezident Volodimir Zelenski indi daha çox əmindir ki, ABŞ və Avropa dövlətləri müxtəlif bəhanələri kənara buraxmalıdırlar və Rusiyanı daha sərt sanksiyalarla çökdürmək barədə düşünməlidirlər. Onun fikrincə, Kreml Qərbə heç vaxt etibar etməyib, əksinə, Rusiya yalnız Çinə, İrana və Şimali Koreyaya güvənir. Bu səbəbdən də, prezident Vladimir Putin həmin ölkələrlə strateji sazişlər imzalamağa çalışır, pulla zaman qazanaraq, Qərbin sanksiyalarından yayınmaq niyyətindədir.
Maraqlıdır ki, son günlər Ukrayna savaşının arealı genişlənir, NATO sərhədlərində hərbi insidentlərin sayı artır. Bəzi məlumatlara görə, Polşadan sonra Rusiya dronları Rumıniya ərazisinə də daxil olub və NATO-nun hava məkanında təxminən 50 dəqiqə qalıb. Polşa isə sərhədini keçmiş 19 dronun qeydə alındığını bildirir. Bununla yanaşı, Rusiyanın Kalininqrad vilayətində yerləşdirilən “İskəndər” raketləri ilə altı NATO ölkəsinin - Polşa, Litva, Latviya, Estoniya, Almaniya və İsveçin birbaşa hədəfə alındığı artıq təsdiqlənib. Və bu, alyansın şərq cinahında təhlükəsizlik böhranının daha da dərinləşdiyini göstərir.
Məhz belə bir situasiyada NATO yeni hərbi əməliyyata başlayır. “Şərq gözətçisi” adlanan əməliyyat Fransa, Almaniya, Böyük Britaniya və digər üzv ölkələrin silahlı qüvvələrinin iştirakı ilə alyansın şərq cinahında mövqelərin gücləndirilməsi məqsədi daşıyır. Bu hərbi əməliyyat çərçivəsində pilotsuz uçuş aparatlarının istifadəsi və hava hücumundan müdafiə sistemlərinin sınaqdan keçirilməsi xüsusilə ön planda olacaq. NATO-nun baş katibi M.Rütte açıq mesaj verir ki, yaxın vaxtlarda alyansın hərbi fəaliyyəti daha da intensivləşəcək. Və bu isə Kremlin “Rusiya sərhədlərinə yaxın NATO qoşunları” narrativlərini daha da gücləndirmiş olacaq.
ABŞ prezidenti Donald Trampın Ukrayna savaşı üzrə xüsusi nümayəndəsi Kit Kellog isə hesab edir ki, müharibənin davam etməsinin əsas səbəblərindən biri də məhz Çinin hazırda Rusiyaya verdiyi dəstəkdir. Onun fikrincə, əgər, rəsmi Pekin Rusiyaya yardımları dayandırsa, müharibə ən qısa zamanda sona çata bitər. Bu fikir əslində, ABŞ və Qərbin ən zəif nöqtəsini açıq şəkildə göstərir. Belə ki, Rusiyaya qarşı sanksiyalar nə qədər sərtləşdirilsə də, rəsmi Pekin Kremlə texnologiya, enerji bazarı və maliyyə dəstəyi verdiyi müddətcə, Rusiyanin davamlı müqaviməti də mümkün ola bilər.
Bütün bunlara paralel olaraq, Ağ Ev sahibi Donald Tramp isə həm Ukrayna lideri Volodimir Zelenskiyə, həm də Rusiya prezidenti Vladimir Putinə qarşı narazılığını gizlətmir. Onun sözlərinə görə, sülh danışıqlarının dayanması əsəbi situasiya yaranır doğurur: “Putin görüşmək istəyəndə Zelenski istəmədi. Zelenski istəyəndə isə Putin istəmədi. İndi isə Zelenski istəyir, amma Putinin mövqeyi bilinmir. Bu, məni əsəbləşdirir. Sülh prosesinin sürəti məni çox məyus edir”.
ABŞ prezidenti hesab edir ki, Ukrayna və Rusiya arasında nifrət çox dərindir, buna görə də Rusiyaya qarşı sanksiyaların daha sərtləşdirilməsi tamamilə mümkündür. Son məlumatlara görə, ABŞ-ın G7 ölkələrinə təklif etdiyi yeni mexanizm – Rusiyanın dondurulmuş maliyyə aktivlərinin müsadirəsi ilə bağlı yeni plan artıq iqtisadi müharibənin yeni mərhələsinin başlanğıcı da sayıla bilər. Və bu, prezident Vladimir Putinin "maliyyə həmişə çatışmır" etirafını da nəzərə aldıqda, Rusiya üçün ən təhlükəli variantlardan biri kimi görünür.
Digər maraqlı məqamlardan biri isə odur ki, Avropa dövlətləri Ukrayna savaşının miqyasını uzun müddət görməzdən gəlməyə üstünlük verirdilər. İndi isə Rusiyanın zərbə dronlarının NATO məkanına daxil olması, “İskəndər” raketlərinin bəzi Avropa ölkələrini hədəfə alması kimi faktlar onu göstərir ki, savaş təhlükəsi hətta artır birbaşa məhz "qoca qitə"nin qapısında dayanıb. Nəticə etibarilə Avropa ölkələri artıq hərbiləşməyə məcburdur. Ancaq Avropa dövlətlərinin bu addımları o qədər gecikib ki, Rusiya hətta müəyyən strateji üstünlüklər əldə etməyə də nail olub.
Əslində, bütün bu proseslər Ukrayna savaşının artıq lokal münaqişə çərçivəsindən tamamilə çıxmaq üzrə olduğunu göstərir. Çünki bu müharibə hazırda Avroatlantik təhlükəsizlik sistemini silkələyən ciddi hərbi-siyasi böhrana çevrilməyə başlayıb. Ona görə də, indi ABŞ və Qərbin qarşısında cəmisi iki seçim dayanır. Belə ki, ABŞ və Qərb bundan sonra ya Rusiyanı maksimum təcrid etməklə, Kremli sülhə məcbur buraxmalıdır, ya da "müharibə dalğası"nın NATO sərhədlərinin dərinliklərinə qədər irəliləməsini izləmək məcburiyyətində qalmalıdır.


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar