Manevr.az xəbər verir ki, bu barədə cərrah Karan Radjan deyib.
Onun sözlərinə görə, qəhvənin tərkibində olan probiotik liflər və polifenollar yoğun bağırsaq hüceyrələrini qoruyur və DNT-yə ziyan vurulmasının qarşısını alır: "Gündə cəmi bir fincan qəhvə içmək yoğun bağırsaq xərçəngi riskini 15–20 faiz azaldır".
Həkim əlavə edib ki, oxşar qoruyucu xüsusiyyətlər başqa qidalarda da mövcuddur. Məsələn, lobya, tərəvəzlər, giləmeyvə və liflə zəngin meyvələr bağırsaq xərçəngi riskini 10 faiz, müntəzəm yoqurt istehlakı isə bu ehtimalı 8 faiz azaldır.