Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ceyhun Bayramov Dohada özbək həmkarı ilə görüşüb

Tarix: 15-09-2025 21:48     Baxış: 317 A- / A+
Ceyhun Bayramov Dohada özbək həmkarı ilə görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən Fövqəladə Ərəb-İslam Sammiti çərçivəsində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.
XİN-in Mətbuat xidətindən verilən məlumata görə, görüş zamanı strateji müttəfiqlik səviyyəsindəki Azərbaycan-Özbəkistan əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə edilib, bu əlaqələrin təməlində iki ölkənin dövlət başçıları arasında dostluq və qardaşlıq münasibətlərinin və sıx təmasların dayandığı vurğulanıb.
İqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, energetika, mədəniyyət və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üzrə aparılan birgə fəaliyyətlər və layihələr barədə fikir mübadiləsi aparılıb.
Beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov ölkəmizin cari ilin oktyabr ayında ev sahibliyi edəcəyi Türk Dövlətləri Təşkilatının növbəti Zirvə Toplantısına hazırlıq işləri barədə həmkarına məlumat verib.
Təhlükəsizlik məsələləri və regional inkişaflar, o cümlədən Yaxın Şərqdəki qarşıdurmadan narahatlıq ifadə edilib, artan gərginliyin diplomatik yollarla həll edilməli olduğuna dair həmfikirlik bildirilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar