Sizin Reklam Burada
Xəbər lenti
17-09-2025
16-09-2025
BÜTÜN XƏBƏRLƏR

Trampdan Kralın gəlininə: Unudulmaz gözəllik

Tarix: 18-09-2025 10:42     Baxış: 326 A- / A+

Trampdan Kralın gəlininə: Unudulmaz Gözəllik

Birləşmiş Krallıqda Vindzor Şatosunda keçirilən möhtəşəm dövlət ziyafətində ABŞ-ın prezidenti Donald Tramp Kral Çarlzı “çox, çox xüsusi bir insan” adlandırdı və Keyt Middltona təriflər yağdırdı.

Xarici KİV xəbər verir ki, Vindzor Şatosundakı bu möhtəşəm ziyafət həm dəbdəbəsi, həm də diplomatik əhəmiyyəti ilə gecəyə damğa vurdu. Gecənin ən diqqətçəkən məqamlarından biri ABŞ Preidenti Donald Trampın Britaniya Krallıq Ailəsi haqqında dediyi xoş sözlər oldu. Tramp, Kral Çarlz üçün “çox, çox xüsusi bir adam” ifadəsini işlədərkən, Şahzadə Uilyamı da “gələcəyin qeyri-adi lideri” kimi təsvir etdi. Kraliça Kamilla mavi tonlarda seçdiyi zərif libası və sapfir daşlı tacı ilə gecənin ən zərif simaları arasında yer aldı. Trampın həyat yoldaşı Melaniya isə sarı rəngdə çiyin dekolteli libası ilə diqqət çəkdi.

GECƏNİN DİQQƏTÇƏKƏN MƏQAMLARI
Kraliça Kamilla sapfir və almaz tacı ilə diqqət mərkəzində idi; Melaniya Tramp isə çiyin dekolteli sarı libası ilə zərif görünüşünü nümayiş etdirdi. Donald Tramp, Keyt Middlton haqqında “unudulmaz gözəllikdə”, “parlaq”, “möhtəşəm” kimi komplimentlər söylədi.

KEYT MİDDLTON KİMDİR?
Tam adı Ketrin Elizabet Middlton olan şahzadə Keyt, 9 yanvar 1982-ci ildə İngiltərənin Redinq şəhərində dünyaya gəlib. 2011-ci ildə möhtəşəm bir mərasimlə Şahzadə Uilyamla evlənərək Kembric Düşesi titulunu alıb. Cütlüyün üç övladı var: Şahzadə Corc, Şahzadə Şarlotta və Şahzadə Luis.

Keyt Middlton zərif geyim üslubu, xalqa yaxın davranışları və xeyriyyəçilik fəaliyyəti ilə Böyük Britaniyada ən sevilən krallıq ailəsi üzvlərindən biri hesab olunur. O, moda dünyasında da ikon sayılır və qatıldığı hər tədbirdə şıklığı ilə ön plana çıxmağı bacarır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar