Xəbər lenti
“Sovet stajı” olanların pensiyaları artacaq

Hüquqşünas Natali Feofanovanın sözlərinə görə, məhkəmələr son dövrlərdə bu istiqamətdə pensiyaçılar xeyrinə qərarlar qəbul edir.
1991-ci ilə qədər olan əmək fəaliyyəti “sovet stajı” sayılır və bu illər pensiya hesablanarkən daha yüksək faizlə nəzərə alınır. Lakin bir çox pensiyaçılar sənədlərin itməsi səbəbindən həmin dövrdəki stajlarını təsdiqləyə bilmirlər.
Feofanova bildirib ki, əlavə sənədlər, arxiv çıxarışları və hətta şahid ifadələri ilə məhkəməyə müraciət etmək mümkündür. Bu halda staj tanınaraq pensiya məbləği artırıla bilər.
Məsələn, yaxın vaxtlarda bir pensiyaçıya 6 illik staj məhkəmə qərarı ilə tanınıb və pensiyası yenidən hesablanaraq artım tətbiq olunub.
Ekspertin sözlərinə görə, sovet stajının tanınması üçün sənədlərin düzgün toplanması və məhkəməyə vaxtında müraciət edilməsi mühüm əhəmiyyət kəsb edir. publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar