Sizin Reklam Burada
Xəbər lenti
30-10-2025
29-10-2025
BÜTÜN XƏBƏRLƏR

Formula 1 pilotları Bakıda - FOTO

Tarix: 18-09-2025 16:24     Baxış: 365 A- / A+

Formula 1 pilotları Bakıda - FOTOLAR

Artıq Formula 1 pilotları və komandaları bu həftəsonu keçiriləcək Azərbaycan Qran-prisi üçün Bakı Şəhər Halqasında hazırlıqlara başlayıblar.
Bakı Şəhər Halqasından verilən məlumata görə, bu yarış mövsümün 17-ci mərhələsi kimi təqvimdə yer alır. Dünyanın ən məşhur Formula 1 pilotları artıq Bakının paddok ərazisindədirlər. Sabah start götürəcək Azərbaycan Qran-prisi öncəsi yarış həvəskarları pilotların hazırlıq prosesini yaxından izləmək imkanı qazanırlar.
Paddok komandaların qarajlarının, texniki avadanlıqların, mühəndislərin və pilotların toplandığı əsas mərkəzdir. Burada komandalar bolidlərini yarışa hazırlayır, pilotlar media ilə görüşür, strategiyalar müzakirə olunur və ən vacib qərarlar qəbul edilir. Sadəcə, yarışın ürəyi deyil, həm də onun kulisidir.
Bu gün Paddokda Maks Ferstappen, Karlos Sainz, Fernando Alonso və digər kimi dünya şöhrətli pilotlar ilk rəsmi görünüşlərini təqdim ediblər. Onlar bolidlərini yoxlayıb, mühəndisləri ilə son dəqiqləşdirmələri edərək sabahkı starta hazırlaşıblar.
Qeyd edək ki, bu il Azərbaycan Qran-prisində ilk dəfə satışa çıxarılan Champions Club biletlərinə Paddok turları da daxildir. Sabah start götürəcək yarışla birlikdə bu zona sürət, taktika və adrenalinlə dolacaq və tamaşaçılar unudulmaz anların şahidi olacaqlar.
 
Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar