Sizin Reklam Burada
Xəbər lenti
18-09-2025
17-09-2025
BÜTÜN XƏBƏRLƏR

Hansı universitetlərdə dərslər 4 gün olacaq?

Tarix: 19-09-2025 11:35     Baxış: 418 A- / A+
Sentyabrın 15-dən etibarən Bakı Dövlət Universitetində bəzi ixtisaslarda dərslər həftədə 4 gün keçirilir. Digər universitetlərin tələbələrinə də maraqlıdır ki, onlarda da dərs qrafiki 4 gün ola bilər?

Manevr.az-ın məlumatına görə, Bizim.Media mövzuyla əlaqədar bəzi universitetlərə sorğu ünvanlayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev bildirib ki, hazırda ADPU-da dərslərin 4 günlük rejimə keçirilməsi planlanmır.

Azərbaycan Texniki Universitetinin (AZTU) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc İsgəndərova da bildirib ki, AZTU-da bakalavriat səviyyəsində dərslər 5 gün davam edir və hər hansı dəyişiklik olarsa ictimaiyyətə məlumat veriləcək.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin ( AZMİU) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nicat Abdullayev isə qeyd edib ki, 4 günlük dərs qrafikinə keçmək dərs yükünün az olmasıyla əlaqəlidir. Bu, AZMİU-da əvvəlki illərdə olub. Bu il də bəzi ixtisaslarda tətbiq olunur.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Elnur Hadıyev universitetdə bakalavriat səviyyəsində dərs qrafikində dəyişikliyin olmayacağını bildirib. Ancaq magistraturada vəziyyət fərqlidir:

"ADNSU-da bakalavr təhsil səviyyəsində dərslər əvvəlki illərdə olduğu kimi 5 gündür. Yaxın gələcəkdə necə olacağıyla bağlı hələki qərar yoxdur. Ancaq magistraturada isə dərslər I kurslarda  həftədə 3 gün, II kurslarda isə 4 gündür”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar