Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Qran-prisində ən sürətli oldu

Tarix: 21-09-2025 20:28     Baxış: 429 A- / A+



Maks Ferstappen Bakı şəhər trasında möhtəşəm çıxış edərək Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in qalibi oldu. Bu, niderlandlı pilotun Bakıdakı ikinci qələbəsi kimi tarixə düşdü.

"Red Bull Racing" komandasının pilotu poul mövqeyindən start götürdükdən sonra 51 dövrənin hamısına liderlik edərək finiş xəttini "Mercedes"in sürücüsü Corc Rasselldən 14 saniyədən çox fərqlə birinci keçdi. "Williams" komandasının pilotu Karlos Sayns isə üçüncü yeri tutaraq yeni komandası ilə ilk podiumunu qazandı.

Dördüncü yeri gənc "Mercedes" sürücüsü Kimi Antonelli tutdu. "Racing Bulls" pilotu Liam Louson isə karyerasının ən yaxşı nəticəsini göstərərək beşinci oldu. Maksın komanda yoldaşı Yuki Tsunoda isə altıncı pillədə qərarlaşaraq "Red Bull Racing" üçün mövsümün ən yaxşı nəticələrindən birini təmin etdi.

"McLaren" sürücüsü Lando Norris yeddinci yerdə finiş xəttini keçdi və yarışın ilk dövrəsində qəza edərək mübarizədən kənar qalan komanda yoldaşı çempionatın lideri Oskar Piastri ilə xal fərqini 25-ə endirməyi bacardı. Eyni zamanda, Piastrinin ardıcıl 42 yarışlıq xal qazanmaq seriyası da Bakıda qırıldı. 

"Ferrari"nin pilotları Lyuis Hemilton və Şarl Lekler növbəti yerləri tutdular - bununla da "McLaren" komandasına Bakıda Mühəndislər Kubokunu qazanmağa imkan vermədilər. İlk onluğu isə "Racing Bulls" komandasından Ayzek Həcərr tamamladı.

Mükafatları Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev təqdim ediblər.
Bakı yarışından sonra Oskar Piastrinin çempionatda liderliyi davam edir - 324 xal, onun komanda yoldaşı Lando Norris isə ikincidir - 299 xal. Maks Ferstappen isə paytaxtımızdakı qələbə ilə qarşıdakı sürücülərlə fərqi bir xeyli azaltdı - 255 xal.
Bakı Şəhər Halqası bir daha gərginliyi və həyəcanı ilə Formula 1 azarkeşlərinə unudulmaz anlar yaşadaraq, mövsümün ən dramatik və gözlənilməz yarışlarından birinə şahidlik etdi.

Azərbaycan Qran Prisi 2025 - İlk 5 nəticə
    1. Max Ferstappen - Red Bull Racing
2. Corc Rassell - Mercedes
3. Karlos Sayns - Williams
4. Kimi Antonelli - Mercedes
5. Liam Louson - Racing Bulls

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar