Xəbər lenti
Azad olunmuş ərazilərdə neçə insan yaşayır?

Son 5 ildə azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri ilə bağlı inanılmaz dərəcədə irəliləyiş əldə etmişik. 50 min insan artıq azad olunmuş torpaqlarda yaşayır və işləyir. Qarabağa və Zəngəzura həyat geri dönüb.
Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu ərazilərdə cəmiyyətin canlanmasına səbəb olan əsas komponent təhsil və səhiyyədir.
"Biz azad edilmiş ərazilərdə bərpa işlərinə başlayarkən qarşımızda hazır bir düstur yox idi. Bu, kifayət qədər düşündürücü məsələdir. Dünyada elə bir təcrübə yox idi ki, viran qoyulmuş məkanı necə bərpa etmək olar. Biz bərpa, inşaat üsulumuzu özümüz ixtira etməli olduq. Azad olunmuş ərazilərdə minalardan təmizləmə işləri əsas çətinliklərdən idi. Azərbaycan son 5 ildə bu prosesdən keçərkən özü öyrəndi və kəşflər etdi. Bizim səriştəmiz bütün dünyada müharibədən zərərçəkmiş ölkələr üçün də faydalı ola bilər. Düzgün planlama olarsa daha az xəta, ləngimə olacaq",- deyə Emin Hüseynov vurğulayıb.modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar