Sizin Reklam Burada
Xəbər lenti
23-09-2025
22-09-2025
BÜTÜN XƏBƏRLƏR

Zelenski Putinə bu ölkədə görüş TƏKLİF ETDİ

Tarix: 24-09-2025 10:08     Baxış: 426 A- / A+


  
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya rəhbərliyinə müxtəlif ölkələrdə, o cümlədən Qazaxıstanda danışıqlar aparmaq təklif olunub, lakin Vladimir Putin müharibəni davam etdirmək niyyətindədir.
Manevr.az musavat.com-a istinadla xəbər verir ki, Zelenski bu barədə “Fox News”a müsahibəsində danışıb.
O qeyd edib ki, Moskva ilə danışıqların təşkili üçün bir sıra ölkə liderlərinin təşəbbüsü olub:
“Xüsusilə, belə təkliflər mənim komandam, ABŞ prezidenti Donald Trampın komandası, Avropa liderləri, xüsusilə Fransa prezidenti Emmanuel Makron və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. Biz hətta dedik ki, Qazaxıstan kimi bir yerdə istəsəniz, biz hazırıq”.
Xatırladaq ki, İstanbulda nəticəsiz başa çatan iki raund danışıqlardan sonra tərəflər Zelenski ilə Putin arasında şəxsi görüşün vacibliyini etiraf ediblər.
Lakin Moskva hər dəfə yeni şərtlər irəli sürüb. Avqust ayında Zelenski Ukraynanın liderlər səviyyəsində dialoqa hazır olduğunu bəyan etsə də, Kreml təklif edilən formatı qəbul etməyib və Putinin irəli sürdüyü şərtlər Kiyev tərəfindən “təslimçilik” kimi qiymətləndirilib.
Sentyabrda Putin Zelenski ilə Moskvada görüşməyi təklif etsə də, Ukrayna prezidenti bu variantı rədd edib.
Kanadanın baş naziri Mark Karni isə qeyd edib ki, Putin əslində müharibənin dayandırılması şərtlərini müzakirə etmək üçün Zelenski ilə görüşməkdən çəkinir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar