Sizin Reklam Burada
Xəbər lenti
23-09-2025
BÜTÜN XƏBƏRLƏR

Yeniyetmə şahmatçıların Xocalı və Xankəndiyə infoturu təşkil edildi - Video

Tarix: 24-09-2025 12:36     Baxış: 320 A- / A+


12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Xocalı və Xankəndi şəhərlərinə, Xocalı rayonunun Əsgəran qəsəbəsinə növbəti infotur təşkil edib.
Komitədən verilən məlumata görə, infotur Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib.
İnfoturda Dövlət Komitəsinin bu ilin may ayında məcburi köçkün məktəblilər arasında keçirdiyi, Böyük Qayıdışa həsr olunan “Zəfər” şahmat turnirinin qalibləri iştirak ediblər. Onlar Prezident İlham Əliyevin tapşırıqları və Böyük Qayıdışa dair I Dövlət Proqramı əsasında aparılan bərpa-quruculuq işləri, doğma yurda qayıtmış keçmiş məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olublar.
İnfotur iştirakçıları Əsgəran qala-kompleksinə, yenidən qurulan Xocalı və Xankəndi şəhərlərində, Qarabağ Universitetində olublar. Universitetlə yaxından tanışlıq, burada tələbələr üçün yaradılmış şərait məktəblilərdə xoş təəssürat yaradıb. Onlar səfərin məhsuldar və faydalı olduğunu qeyd ediblər.
Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş ərazilərə infoturlar davam etdiriləcəkdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar