Sizin Reklam Burada
Xəbər lenti
24-09-2025
23-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qadın övladlarını və xərçəng xəstəsi olan ərini güllələyib intihar etdi

Tarix: 24-09-2025 22:28     Baxış: 425 A- / A+
Qadın övladlarını və xərçəng xəstəsi olan ərini güllələyib intihar etdiABŞ-da qadın övladlarını və ərini güllələyərək intihar edib.

Rayan və Emili 2010-cu ildə Nyu-Hempşir ştatının Madberi qəsəbəsində keçirilən xeyriyyə gecəsində tanış olublar. O zaman 19 yaşlı iqtisadiyyat tələbəsi Emili könüllü işləyirdi, 33 yaşlı Rayansa tədbirin sponsor şirkətini təmsil edirdi.

Bir neçə ay sonra aralarında romantik hisslər yaranıb və iki ildən sonra bu münasibət evliliyə çevrilib. Daha beş ildən sonra cütlüyün ilk övladı Parker dünyaya gəlib, 2019-cu ildə qızları Ryan, 2022-ci ildə isə ikinci oğulları doğulub.

Həlledici an 2023-cü ildə olub – Rayana qlioblastoma, yəni aqressiv beyin şişi diaqnozu qoyulub. Xəstəlik və müalicə onun işləmək imkanını əlindən aldı və bütün maliyyə yükü Emilinin üzərinə düşüb.

Fastfood restoranlar şəbəkəsində maliyyə meneceri işləyən qadın başa düşürdü ki, maaşı ailəni dolandırmağa və ərinin bahalı müalicəsinə yetərli deyil. Bu isə onu dələduzluq hərəkətlərinə sövq edib. Növbəti iki il ərzində o, sənədləri saxtalaşdıraraq 660 min dollar mənimsəyib.

Pul vəziyyəti xilas etməyib. Rayanın səhhəti durmadan pisləşirdi, 2025-ci ilin avqustunun əvvəlində isə şəbəkə sahibi mənimsəmələri aşkar edərək polisə müraciət edib. Qaçılmaz ifşanı dərk edən Emili ailəni qarşıda gözləyən sınaqlardan "qurtarmağa" qərar verib.

Avqustun 14-nə keçən gecə qadın uşaq otağına daxil olub, altı yaşlı qızı Ryanı səkkiz yaşlı Parkerin yanına uzadaraq elə atəş açdı ki, güllə hər ikisinə dəydi. Sonra o, oyanmış ərini güllələyib özünü öldürdü.

Qonşuların çağırışı ilə hadisə yerinə gələn polis dörd nəfərin meyitini və ikinci mərtəbədə qapalı otaqda qalmış üç yaşlı oğlanı tapdı. Hazırda yeganə sağ qalan uşaq nənə və babasının himayəsindədir. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar