Yer kürəsi "görünməz" asteroidlərə görə, təhlükə altındadır.
Manevr.az xəbər verir ki, Braziliyanın San-Paulu Universitetinin astronomları müasir teleskoplarla belə görməyin mümkün olmadığı bütün asteroid ailələrinin Veneranın yaxınlığında gizləndiyini aşkar ediblər.
Hesablamalar göstərir ki, bir neçə min il ərzində belə obyektlər Yerə yaxınlaşa və hətta onunla toqquşa bilər.
Tədqiqat "Astronomy & Astrophysics" jurnalında dərc olunub.
“Tədqiqatımız göstərir ki, hazırda aşkar edilə bilməyən potensial təhlükəli asteroidlər var. Onlar Mars və Yupiter arasındakı əsas qurşaqda deyil, daha yaxında - Venera ətrafında orbitdədirlər", - deyə tədqiqatçılar bildiriblər.
Professor Valerio Karruba qeyd edib ki, mövqelərinə görə, onlar görünməz olaraq qalırlar, ancaq gələcəkdə planetimiz üçün real təhlükə yarada bilərlər.
Bu obyektlər xaotik davranırlar: onların orbitləri çox uzundur və hər 12 000 ildən bir təhlükəsiz konfiqurasiyadan Yer üçün potensial təhlükəli konfiqurasiyaya keçir. Onları Yerdən müşahidə etmək ən çətindir, çünki daim Günəşə çox yaxındırlar.
Diametri təxminən 300 metr olan asteroidlər eni 4,5 kilometrə qədər olan krater yaratmağa və yüzlərlə meqaton enerji buraxmağa qadirdir.publika.az
Xəbər lenti
Yer kürəsi üçün "görünməz" TƏHLÜKƏ - Alimlərdən xəbərdarlıq

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar