Xəbər lenti
Prokurorluq Ülviyyə İlyasovanın həbsini tələb etdi

Kosmetoloq fəaliyyəti göstərən Ülviyyə İlyasovanın qanunsuz tibbi müdaxilə nəticəsində vətəndaşın səhhətinə zərər vurması faktı üzrə cinayət işi məhkəməyə göndərilib.
Yasamal Rayon Prokurorluğu xəbər verir ki, Ü.İlyasovanın qanunsuz tibbi fəaliyyət göstərməsi nəticəsində Əlibəyova Mila Sabir qızının səhhətinə zərər vurulması ilə bağlı vətəndaşın müraciəti üzrə araşdırma aparılaraq cinayət işi başlanıb.
İstintaqla Ülviyyə İlyasovanın tibbi təhsili, o cümlədən müvafiq lisenziyası olmadığı halda müxtəlif ünvanlarda qanunsuz "liposaksiya-piysovurma, bədən şəkilləndirmə” cərrahi əməliyyatı, habelə digər cərrahi və estetik müdaxilələr etməsi nəticəsində Mila Əlibəyovanın səhhətində ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Ü.İlyasova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib, həbs qətimkan tədbiri seçilməsi barədə təqdimat Yasamal Rayon Məhkəməsi tərəfindən təmin edilmədiyindən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, bir müddət əvvəl tanınmış aktrisa M. Əlibəyova da Ü. İlyasova barəsində hüquq-mühafizə orqanlarına və mətbuata şikayət edib. O, liposaksiya-piysovurma əməliyyatı zamanı İlyasovanın ona zərər vurduğunu bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar