Sizin Reklam Burada
Xəbər lenti
29-09-2025
28-09-2025
27-09-2025
12:56
 
BÜTÜN XƏBƏRLƏR

3 dost eyni səbəbdən vəfat etdi

Tarix: 29-09-2025 17:42     Baxış: 328 A- / A+
Bəzən həyatın ən ağır ironiyası odur ki, insanları illərlə güldürən, onlara ümid və sevinc bəxş edən gülüş ustalarının öz ömrü çox qısa və kədərli olur. Azərbaycan tamaşaçısının yaddaşına dərin iz buraxmış Anar Məmmədxanov, Elçin Həmidov və Cabir İmanov da təəssüf ki, bu cür insanlardan olub.

Erkən ölümü ilə bir vaxtlar güldürdükləri insanları sonda kədərləndirən gülüş ustalarımızın üçü də ürək çatışmazlığından vəfat edib.

Anar Məmmədxanov 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə isə XX əsr çempionu olub. O, 23 aprel 2011-ci ildə kəskin ürək qan-damar çatışmazlığı ürəyin işemik xəstəliyi səbəbi ilə 40 yaşında vəfat edib. 

Azərbaycanın əməkdar artisti  Elçin Həmidov Parni iz Baku, Planet Parni iz Baku KVN klublarında və Məhəllə film seriyasında canlandırdığı Məzi personajı ilə populyarlıq qazanıb. Sənətçi 2011-ci ilin 4 martında ürək tutmasından ölüb. Həmin vaxt teatrda "Hərənin öz ulduzu" tamaşasının orkestrlə məşqi idi. Sənətçinin işə gəlmədiyini görən dostları narahat olub onun evinə gedirlər. İçəridən heç bir cavabın gəlmədiyini görən dostları, bir müddət sonra  Fövqaladə Hallar Nazirliyinin işçilərinin köməyilə evə girərkən, onun ölü halda olduğunu görürlər. Sənətçi 5 mart 2011-ci ildə Xırdalan qəbiristanlığında dəfn edilib. Elçin Həmidov vəfat edərkən 53 yaşında olub. 

Cabir İmanov isə 1992-2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN "Əsrin Çempionu" olub. 2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. 14 sentyabr 2015-ci il tarixdə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub. O, "Məhəllə" filmində ("Eliş"), "Ağanatiq", "Tam məxfi", "Məşədi İbad-94", "Ölülər XXI əsr" kimi filmlərdə rol alıb.  

Cabir İmanov bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib. Baş vermiş hadisə idman zalının kameraları vasitəsilə anbaan lentə alınıb. Məlum olub ki, Əməkdar artist məşq zalında müvazinətini itirərək yıxılıb. Onun yaxınlığındakı şəxslər dərhal kömək etməyə çalışaraq ürək masajı ediblər. C.İmanovun ürək fəaliyyətini bərpa etmək üçün ona elektroşok da tətbiq edilib. Lakin bu prosesin 20 dəqiqə davam etməsinə baxmayaraq, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb. modern.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar