Xəbər lenti
İranın qara günləri başladı

Bu barədə "Azad İran" "YouTube" kanalının təqdim etdiyi videosüjetdə bəhs edilir.
"Qeyd edək ki, tətik mexanizminin işə salınması üzrə proses Avropa üçlüyü - Böyük Britaniya, Almaniya və Fransa tərəfindən avqustun 28-də başladılmış və İrana 30 gün vaxt verilmişdi. Lakin bu müddətdə Avropa, eləcə də ABŞ rəsmiləri ilə dəfələrlə aparılan danışıqlarda İran tərəfi nüvə razılaşması ilə müəyyən olunan öhdəliklərinin icrası ilə bağlı konkret və aydın addımlar təkli etmədi, hətta sentyabrın 10-da Beynəlxalq Atom Enerjisi Agentliyi ilə Qahirədə əldə olunmuş razılaşma da İranı bu təhlükəli sonluqdan xilas edə bilmədi" , - deyə materialda vurğulanır.
Süjetdə bildirilir ki, beləliklə, 10 il əvvəl Birgə Hərtərəfli Fəaliyyət Planı kimi tanınan nüvə sazişinin imzalanması ilə ləğv edilən BMT sanksiyaları 28 sentyabr 2025-ci ildə Tehran vaxtı ilə səhər saat 3:30-dan etibarən bərpa olunub:
"Xatırladaq ki, razılaşmanın məqsədi bəzi sanksiyaların ləğvi müqabilində İranın nüvə fəaliyyətlərini məhdudlaşdırmaq idi. İran mediası bununla əlaqədar Tehranla "Altılıq ölkələri" arasında 2015-ci ilin iyul ayında imzalanmış "nüvə sazişinin ölümü" barədə başlıqlar dərc edib. Bu metaforadan istifadə etsək, deməliyik ki, saziş hələ 2018-ci ilin may ayında Donald Trampın birinci prezidentliyi dövründə ABŞ-nin həmin sazişdən birtərəfli qaydada çıxması ilə "ciddi xəsarət almışdı". İndi, Donald Trampın İrana qarşı maksimal təzyiq siyasəti fonunda BMT sanksiyalarının bərpa edilməsi ilə sözün həqiqi mənasında İranın qara günlərinin başladığını söyləyə bilərik. Bunun belə olduğuna əmin olmaq üçün bərpa olunan sanksiyaların siyahısına və əhatə dairəsinə nəzər salmaq kifayətdir". oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Təqvim
« Oktyabr 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar