Sizin Reklam Burada
Xəbər lenti
19-10-2025
18-10-2025
BÜTÜN XƏBƏRLƏR

Ramiz Mehdiyevin oğlu ilə bağlı qərar verilir

Tarix: 20-10-2025 12:04     Baxış: 425 A- / A+

ramizzz 1 Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev yaxın günlərdə vəzifəsindən azad edilə bilər.
Manevr.az globalinfo.az-a istinadla məlumatına görə, bununla bağlı hazırlıqlar gedir.
Hətta müvafiq təqdimatın artıq tamamlandığı bildirilir. Sənəd ölkə başçısına təqdim edildikdən sonra Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən çıxarılacaq.
Qeyd edək ki, nazir müavini vəzifəsinə təyinat və azadedilmə qərarları Prezident tərəfindən imzalanan sərəncamla həyata keçirilir.
Oktyabrın 14-də Ramiz Mehdiyevlə bağlı başlanan cinayət işindən dərhal sonra Teymur Mehdiyevin də işdən çıxarılıb-çıxarılmayacağı barədə sosial şəbəkələrdə, o cümlədən media orqanlarında müzakirələr gedir.
Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 278.1-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham olunur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar