Sizin Reklam Burada
Xəbər lenti
17-10-2025
16-10-2025
BÜTÜN XƏBƏRLƏR

Toy günü gəlinin ata-anası ölmüşdü: Kürəkən cəzalandırıldı

Tarix: 17-10-2025 22:10     Baxış: 323 A- / A+
Biləsuvarda 4 nəfərin ölümünə səbəb olan qəzanı törətməkdə təqsirləndirilən 30 yaşlı Xəyyam Quluzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hadisə ötən il dekabrın 28-i saat 08:38-də rayonun Arazbarı kəndi ərazisində baş verib.

Həmin gün Cəbrayılın Cocuq Mərcanlı kəndində Xəyyamın baldızının toyu keçirilməli imiş. O, həyat yoldaşı, övladları, qayınanası və qayınatası ilə birgə sübh saatlarında Bakıdan rayona yola çıxıb. Lakin yorğun və yuxulu olduğundan onun idarə etdiyi "Opel" markalı avtomobil Biləsuvarda E.Kərimlinin sürdüyü VAZ-la toqquşub. Nəticədə özü, arvadı Gözəl, oğlu Hüseyn və qızı Məlahət xəsarət alıblar. Qayınanası Şöhlət hadisə yerində, qayınatası Tofiq isə aldığı xəsarətlərdən bir neçə gün sonra xəstəxanada vəfat edib. Digər maşındakı şəxslərdən Məryəmxanım Kərimova və İlqar Kərimov da hadisə yerində ölüblər, bir nəfər isə yaralanıb.

Qəza səbəbindən isə toy xeyli müddət sonraya təxirə salınıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Xəyyam bildirib ki, baş vermiş hadisə həyatını alt-üst edib: "Yol-nəqliyyat hadisəsində özüm də qayınatam və qayınanam daxil olmaqla yaxın qohumlarımı itirmişəm. Baldızımın toyunu yasa çevirdiyim üçün qohum-əqrəba arasına çıxa bilmirəm. Qarşı tərəfdən də rəhmətə gedənlər olub. Qəzanın ehtiyatsızlıqdan baş verdiyini, əməlimdən səmimi peşmanlığımı, zərərçəkmişlərə dəymiş ziyanı həm onların müalicə olunmaları, həm dəfn xərcləri ilə bağlı ödəməyimi, bununla əlaqədar borca düşdüyümü, işləyib qaytarmalı olduğumu, bundan başqa, himayəmdə iki azyaşlı uşağımın olmasını nəzərə almağınızı xahiş edirəm. Uşaqlarım da hadisədə xəsarət aldı, onkoloji xəstəlikdən əziyyət çəkən arvadım da mənim himayəmdədir. Ailənin yeganə gəlir gətirən fərdi olmağım nəzərə alınmaqla yekun qərarda işləməyimə şərait yaradılması üçün azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edirəm".

Xəyyam Quluzadə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il azadlıqdan məhrumetmə və əlavə olaraq 4 il sürücülük hüququnun məhdudlaşdırılması cəzasına məhkum edilib. O, müəyyən şərtlər daxilində məntəqətipli cəzaçəkmə müəssisəsini tərk edə biləcək. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar