Xəbər lenti
ADY ADA Universiteti ilə birgə yeni proqrama start verdi

Manevr.az xəbər verir ki, ADA Universiteti tərəfindən tədris olunacaq və idarəetmənin əsasları, dəyişikliklərin idarə olunması, emosional zəka, effektiv kommunikasiya kimi önəmli modulları əhatə edən bu proqramın hədəfi ADY-də çalışan rəhbər heyətin liderlik bacarıqlarının daha da təkmilləşdirilməsidir.
Tədbirdə bu əməkdaşlıq strateji əhəmiyyətli addım kimi qiymətləndirilib və belə proqramların qurumun idarəetmə keyfiyyətinin yüksəlməsinə, rəhbər heyətin səriştələrinin artırılmasına və ümumi rəqabətqabiliyyətinin möhkəmlənməsinə mühüm töhfə verəcəyi bildirilib.
Qeyd edilib ki, sürətlə dəyişən və rəqabətin artdığı hazırkı iş mühitində davamlı inkişaf və liderlərin potensialının artırılması şirkətin uğurla irəliləməsi üçün vacib amillərdən biridir. Bu baxımdan ADA Universiteti ilə birgə həyata keçirilən proqram ADY-nin strateji məqsədlərinə nail olmasına mühüm dəstək olacaq.
Proqramda ADY və tabeliyindəki qurumlardan 160-dan çox rəhbər iştirak edəcək ki, bu da şirkətin liderlərin inkişafına verdiyi önəmin bariz nümunəsidir.
ADA Universitetinin akademik heyəti tərəfindən hazırlanmış proqram liderlik və idarəetmə səriştəliyi üzrə peşəkar mütəxəssislər tərəfindən tədris olunacaq, real iş mühitində baş verən situasiyaların təhlilini əhatə edəcək.
ADY “Liderlərin İnkişaf Proqramı”nı həyata keçirməklə ölkəmizin nəqliyyat sektorunda insan kapitalının inkişafına töhfə verməyi hədəfləyir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
.jpg)


Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar