Xəbər lenti
25 yaşlı müəllimə qaçırıldı, məcburi videoya çəkildi - Bərdədəki adam oğurluğunun TƏFƏRRÜATI

Hadisə rayonun Mehdili kəndində baş verib.
Kənd sakini Mirqismət Əliyev (ad və soyad şərtidir) kənddə orta məktəbdə müəllimi işləyən 2000-ci il təvəllüdlü B.G-ni sevsə də, qızın ailəsi onların ailə qurmasına icazə verməyib. Valideynlərini bir neçə dəfə elçi göndərən Mirqismət hər dəfə rədd cavabı alandan sonra qızı qaçırmağa qərar verib. O, əmisi oğlu ilə danışaraq, qızı orta məktəbə gedəndə qaçırmağı planlaşdırıb.
Növbəti gün Mirqismət əmisi oğlunun avtomobili ilə qızın dərsə gedəcəyi istiqamətə gedərək avtomobili bir az kənarda saxlayıb, qızın gedəcəyi avtobusa miniblər. Dayanacaqda avtobus saxlayıb, qız avtobusa minmək istəyəndə onlar B.G-ni tutaraq öz avtomobillərinə əyləşdirib və Ağdam rayonundakı qohumlarından birinin evinə aparıblar. Onlar həmin evdə qıza təzyiq edərək, razılıq ərizəsi yazdırıb və onu videomüraciət çəkməyə vadar ediblər. Qız təzyiq altında çəkilən videomüraciətdə Mirqisməti sevdiyini və onunla öz istəyi ilə qaçdığını bildirib.
Həmin video B.G-nin valideynlərinə göndərilsə də, valideynləri polisə müraciət edərək, övladlarının oğurlandığını bildiriblər.
Polis əməkdaşlarının keçirdikləri əməliyyatla qızın yeri müəyyən edilib və o, ailəsinə təhvil verilib. Hadisəni törətməkdə şübhəli bilinən Mirqismət və onun əmisi oğlu isə saxlanılıb.
Hər iki şəxs barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə qaçırılan qız həqiqətən də oğurlandığını etiraf edib və təzyiq altında ifadə verdiyini bildirib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il azadlıqdan məhrum edilib. Məhkəmə hər iki şəxsə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək, onların cəzasını şərti hesab edib və hər iki şəxs məhkəmə zalından azadlığa buraxılıb. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar