Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Şair Yavər Məmmədovun şeirlər kitabının təqdimatı keçirilib -FOTOLAR

Tarix: 13-10-2025 18:03     Baxış: 254 A- / A+
Sumqayıt şəhər "Poeziya Evi"ndə şair Yavər Məmmədovun "İllər geçir ömrümüzdən" adlı ilk şeirlər kitabının təqdimatı keçirilib.
Manevr.az xəbər verir ki, tədbirdə qələm adamları, ictimaiyyət nümayəndələri, müəllifin dostları, oxucular iştirak edib.
Tədbiri giriş sözü ilə "Poeziya Evi"nin direkroru, şair İbrahim İlyaslı açaraq tədbir iştirakçılarını salamladı, müəllif və təqdim olunan kitab haqqında fikirlərini söylədi. Y.Məmmədovun əslən Laçın rayonundan olduğunu və 30 ilə yaxın yurd həsrəti çəkdiyini dilə gətirdi. Bu əsnada şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himnimiz səsləndirildi.

 İ.İlyaslı tədbiri aparmaq üçün sözü şair Namiq Dəlidağlıya verdi. N. Dəlidağlı da öz növbəsində iştirakçıları salamlayıb, 30 ildən sonra həsrətinə son qoyulan Laçın haqqında kövrək notlara toxundu. Müəllifin ağrı-acısını, yurd göynəyini daha dərindən anladığını və onunla həmdərd olduğunu bildirdi. Torpaqlarımıza qovuşmağın xoşbəxtliyini, qürurunu yaşadığımız bu günümüzə şükürlər oxudu. Yavər Məmmədovun yaradıcılığı haqqında fikirlərini bölüşən aparıcı ilk sözü kitabın "Ön söz" müəllifi şair Eynulla Sadıqa verdi. E.Sadıq kitab haqqında geniş danışaraq müəllifə uğurlar dilədi.
Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri, şair Gülnarə Cəmaləddin çıxışında Y.Məmmədovun ədəbi mühitə gəlişini cəsarətli addım kimi dəyərləndirdi, ona uğurlar arzuladı.

Tədbirdə iştirak edən Kamil Bəşəri, Elşad Xaqan, Sevinc Qərib, Əli Niyazbəyli, Lilpar Cəmşidqızı, Zabit Məmmədov, Rəna Təbəssüm, Elbrus Qayalı, Sabir Məmmədov, Hikmət Fərzəli,  Emin Həsənov, Yapon Məmmədov, Yeganə Sərçuvallı və başqaları çıxış edərək, bir gün əvvəl 60 illik yubileyini qeyd edən şairi hər iki münasibətlə təbrik etdilər, müəllifin şeirlərindən səsləndirdilər.
Gənc şair, aşıq Pərviz Axundun tədbir boyunca sazda müşayəti tədbirə ayrıca rəng qatdı. 

Qeyd edək ki, P.Axund həm də kitabın redakrorudur. P.Axund kitabdakı şeirlərə münasibətini bildirdi və Y.Məmmədovun Zəngəzur bölgəsinə xas olmayan əruz vəznində yazmasını xüsusi olaraq diqqətə çatdırdı.
Sonra kitabın müəllifi sazın müşaiyəti ilə şeirlərindən oxudu.
Tədbirin sonunda Y.Məmmədov hər kəsə təşəkkürünü bildirdi, imzalı kitablarını qonaqlara hədiyyə etdi. Xatirə şəkilləri çəkdirildi.

Sevinc Qərib
Fotolar Şakir Rəhmanındı

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar