Sizin Reklam Burada
Xəbər lenti
10-10-2025
09-10-2025
BÜTÜN XƏBƏRLƏR

Makron onu yenidən baş nazir təyin etdi

Tarix: 11-10-2025 11:22     Baxış: 325 A- / A+
Makron onu yenidən baş nazir təyin etdi
Son illərdə Fransada hökumət böhranı davam etməkdədir.  Artıq bir neçə ildir ki, ölkədə hökm sürən siyasi böhran nəticəsində prezident Makron stabil hökumət qura bilmir. Formalaşdırdığı  kolasion hökumətlər isə uzunmüddətli olmadığından tez-tez dağılmalı olur. 

Təkcə son bir ildə Fransada hökumət bir neçə dəfə qurulub və dağılıb. Prezident Makron sağ mərkəzçi Mişel Barnier 2024-cü il dekabrın 13-də Fransua Bayrunu baş nazir təyin etsə də, bu hökumətin ömür bir neçə ay çəkdi. Barnier hökuməti 2025-ci ilin büdcə müzakirələrindəki fikir ayrılıqlarına görə müxalifətin 2024-cü il dekabrın 4-də təqdim etdiyi etimadsızlıq təklifindən sonra üç aylıq müddətdən sonra dağıl




Bayru hökuməti də 2026-cı il büdcəsindən əvvəl hökuməti etimad səsverməsinə çıxaracağını açıqlamışdı, fransızlar bəzi bayram günlərini ləğv edərək təxminən 43 milyard avro qənaət təklif etdiyinə görə tənqid etdilər.

Sentyabrın 8-də keçirilən sessiyada etimad səsi ala bilməyən Fransua Bayru hökuməti də dağıldı. Makron müdafiə naziri vəzifəsini icra edən Sebastien Lekornunu yeni hökuməti formalaşdırmaq üçün sentyabrın 9-da baş nazir təyin etdi. Lakin onun da baş nazirlik ömrü uzun cəkmədi. Sebastien Lekornu  cəmi 27 gün baş nazir kimi işləyərək Fransa tarixinə ən qısa müddətli baş nazir kimi düşdü. Oktyabrın 5-də Fransada yeni hökuməti quran Lekornu  cəmi on iki saatdan  sonra istefa vermək məcburiyyəti qarşısında qaldı. 

Yaranmış siyasi böhran nəticəsində Makron parlamentdəki siyasi partiyaların nümayəndələri ilə görüşərək ölkədəki hökumət böhranını müzakirə edib.
Yelisey Sarayından verilən yazılı açıqlamaya görə, görüşlərin nəticəsi olaraq Makron bir neçə gün öncə istefa verən Lekornunu yenidən baş nazir təyin edib və yeni hökuməti qurmağı ona tapşırıb. Amma yeni hökumətin formalaşacağı və uzunmüddətli olacağı ilə bağlı vəziyyət o qədər də ümidverici deyil. Çünki ölkədə  hökm sürən hakimiyyət və siyasi böhran və siyasi qüvvələr, xüsusən də parlamentdəki fraksiyalar  arasında münasibətlər kəskin olaraq  qalmaqdadır. Siyasi qüvvələr hələ də tam ortaq kompromis əldə edə bilmirlər. Bunun da əsas səbəbi ölkədə keçiriləcək növbəti seçkilərdir. 


Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar